18 okt 15:03siyaset

Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir

Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir Bu gün ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir və uğurlu nəticələr də göz qabağındadır.
Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili söyləyib.
Deputat qeyd edib ki, oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirəni üç mühüm hissəyə bölmək olar. Birincisi ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, bu da beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Həmçinin biznesin uğurla aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışları da bu sıraya aiddir. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Azərbaycanın "Doing Business"də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması əslində o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb.
İkinci istiqamət yaradılan bu zəmindən sonra ölkədəki müvafiq iqtisadi artım, bununla bağlı Prezidentin qeydləri idi. Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir. Bununla yanaşı, ümumilikdə belə bir yanaşma var ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyyatımız daha çox böyüyə bilər. Əslində aparılan iqtisadi islahatlar və yaranmış biznes mühiti iqtisadiyyatımızın bütün sektorlarının daha sürətli inkişafına imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə bir-biri ilə uzlaşdırmaqla həm ümumi daxili məhsulda, həm də qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür.
Üçüncü istiqamətə gəldikdə, iqtisadi inkişafın daha sürətli getməsinə, eyni zamanda, iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amilləri qeyd etmək olar. Müşavirədə Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar kifayət qədər sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda bu mənfi hallarla mübarizə daha da gücləndiriləcək. Həm yeni mexanizmlərin yaranması, həm də yeni faktaraşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi şəffaflığın artırılmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə təsirli addımlar olacaq.
Əslində Azərbaycanda bu proses gedir və müsbət nəticələrini Prezident İlham Əliyev də qeyd etdi. Həm vergilər, həm sosial müdafiə sistemində yeni kadrlarla əvəzlənmə effektivliyin nə dərəcədə artırılmasını göstərdi. Həm şəffaflıq, həm bütövlükdə vergilərin könüllü şəkildə ödənilməsi səviyyəsi, həm də insanların inamı artdı. Sosial müdafiə sahəsində həyata keçirilən kadr islahatından sonra bütövlükdə insanların minimum əmək pensiyalarının həcmini yüksək səviyyəyə qaldırmaq, oradakı bir sıra qeyri-qanuni halların qarşısını almaq mümkün oldu. Təcrübə göstərir ki, bir çox hallarda kadr islahatları həmin sahədə kifayət qədər böyük inkişafa və qeyri-şəffaf halların aradan qaldırılmasına səbəb ola bilir. Ümumilikdə gənc kadrlarla əvəzolunma Azərbaycanda gedən prosesdir və cənab prezidentin siyasətində bu, hər zaman var. Düşünürəm ki, proses daha sürətlənəcək.
Deputat vurğulayıb ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Əslində aparılan bütün iqtisadi islahatlar, atılan addımlar son nəticədə ölkə vətəndaşının daha yaxşı və təhlükəsiz yaşamasına xidmət edir.
Tahir Mirkişili qeyd edib ki, növbəti ilin büdcəsinin xərclərinin böyük bir hissəsi sosial xərclərlə bağlıdır. Əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması və ya sosial qayğıya ehtiyacı olan insanların əhatə dairəsinin genişləndirilməsi növbəti ildə büdcədə 3,7 milyard manat əlavə xərclərə səbəb olub. Amma bunun gəlir hissəsi də var. Aparılan iqtisadi islahatlar ölkə büdcəsinə əlavə yeni gəlirlər mənbələrini müəyyən edir. Məsələn, bu ilin 9 ayı ərzində büdcəyə əlavə olaraq 700 milyon manat daxil olub ki, bu vəsaitin bütövlükdə hamısı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onların sosial təminat səviyyəsinin artmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən islahatlar dövlət mexanizmlərinin effektivliyinin, şəffaflığın artırılmasına, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılmasına, onların daha da yaxşı yaşamasına xidmət edir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib 15:50Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb 15:47Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb 12:46Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb 12:44Konstitusiyamız və milli ideologiyamız 12:42Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir 12:40Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb 12:20Los Anceles sinaqoqunda erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz olub 12:13Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü 12:09Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın... 12:05Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA 12:02İnstitut direktoru: İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər 10:25Cəbhədə ERMƏNİ TƏXRİBATI - Snayper və pulemyotlarla... 10:20Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN baş verdi, 10 nəfər... 10:17"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir 10:12İbrahimoviç harda qərar tutacaq? - SON DURUM 10:072020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU 10:04Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək 17:17Prezident İlham Əliyev: Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır 17:11Binalar niyə isinmir? - RƏSMİ CAVAB 17:07Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi 17:06Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu 17:01Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü 12:33Prezident və birinci xanım Dünya dini liderlərinin II Sammitində iştirak edir 12:31Heydər Əliyev Fondunun YENİ LAYİHƏSİ: şəkərli diabet xəstələri insulinlə təmin ediləcək 12:29Staloninin keçmiş xanımı: "Madonnanın əri ilə yatdım" 12:27Almaniyada azərbaycanlı radikallar həbs olunub 10:09Mikser oğlunun gözü qarşısında ananı öldürdü 10:06Meşədə kütləvi dava: 3 nəfər baltalandı, 1 nəfər bıçaqlandı - Təfərrüat 10:01Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi 09:57Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar 09:53Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yolları 09:50Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır 09:44Anyes özünü Boliviyanın lideri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi 09:40Məşhur müğənni qumarda SƏRVƏT UDUZDU - ŞOK MƏBLƏĞ 09:37Bu futbolçular məşqə gecikdiklərinə görə 20 min funt sterlinq cərimə verəcəklər 09:31Hansı sevgili tipini daha tez tapmaq olar? KARMA SİRLƏRİ 09:27Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ: hava kəskin dəyişir, güclü yağış, külək gəlir 18:09Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib 17:17Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır 12:27“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 12:26Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb 12:23Axtarışda olan 30 nəfər eyni gündə tutuldu 12:19Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA 12:16Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır 12:08Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı 11:49“Ağ Evin şərti budur ki….” - Ərdoğan-Tramp görüşündən əvvəl sürpriz gəlişmə 11:46İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ 11:42Bakıda 39 yaşlı kişi ilə 47 yaşlı qadın yoxa çıxdı - AXTARIŞ APARILIR 11:39Günün qoroskopu: Çoxlarını təəccübləndirəcəksiniz 11:355 yeni dartı yarımstansiyası tikilir 21:47Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu - Deputat 21:41Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var 21:35Çaylarda sululuq səviyyəsi dəyişib 21:26Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı 21:22Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb 21:16Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur. 21:02DYP-dən piyadalara MÜRACİƏT: Vacib tövsiyyələr 20:43Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib 22:02"Barselona"da ciddi itki 21:57