18 okt 13:57siyaset

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur Əflatun Amaşov
Mətbuat Şurasının Sədri, Milli Məclisin deputatı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi müşavirədə ölkənin inkişafı ilə bağlı bir sıra vacib məqamları vurğuladı. O, həmçinin bu inkişaf üçün aparılan islahatlara maneçilik törədən hallar barədə də ətraflı söz açdı. İslahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğunu diqqətə çatdıran dövlət başçımız həmin şəxslərin öz istək və maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi. Cənab İlham Əliyevə belə həssas məsələyə diqqət ayırdığı üçün təşəkkürümü bildirirəm.
Azərbaycan Mətbuat Şurası ayrı-ayrı şəxslərin mediadan korporativ maraqlar naminə yararlandıqları reallığını dəfələrlə vurğulayıb. Bunu bəzən özlərinə rəqib şəxslər barədə kompramat materiallar dövriyyəyə buraxmaqla gerçəkləşdiriblər. Həmin materiallar isə bir qayda olaraq jurnalistikadan sui-istifadə edənlərin əlinə düşüb. Mətbuat Şurası belələrini «reket jurnalistlər» adlandırır. Hətta bəzi məmurlarla «reket jurnalistlər» arasında təmasın olduğuna dair şübhələrimiz də olub. Bu qənaətimiz Şuraya daxil olan şikayətlərin motivinə əsaslanıb.
Azərbaycan Mətbuat Şurası belə hallara qarşı daim mübarizə aparıb. İllərdir ki, Şuranın tərkibində «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası fəaliyyət göstərməkdədir. Komissiyada dövlət qurumlarının nümayəndələri də təmsil olunurlar.
Mətbuat Şurası peşə vəzifəsindən sui-istifadə edən, insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzuna zərər vuran kütləvi informasiya vasitələrinin adlarının yer aldığı «qara siyahı» tərtib edib. «Qara siyahı» media sahəsindəki yarıtmazlıqlara qarşı mübarizədə ən tutarlı ictimai qınaq tədbiridir. Ancaq bu yetərlidirmi? Təbii ki, yox.
Bəli, ictimai qınaq yetərli deyil. Çünki məsələnin kökündə hansısa KİV-in peşə müstəvisində yol verdiyi nöqsan və ya nöqsanlar dayanmır. Bir çox məsələlər bilərəkdən, planlaşdırılmış şəkildə həyata keçirilir. Cənab Prezidentin çıxışında səsləndirdiyi məqamlar məhz bundan irəli gəlir.
Ölkədə aparılan islahatları gözləri götürməyən qüvvələr mövcuddur. Ancaq məsələnin digər tərəfi də var. Heç kəs təminat verə bilməz ki, bu qüvvələr nə vaxtsa xaricdəki anti-milli dairələrlə əlaqə qurmayacaqlar. Bu gün islahatı özlərinin şəxsi maraqlarına təhdid kimi görənlər sabah bu təhlükəni aradan qaldırmaq üçün kimlə desən əməkdaşlığa gedərlər. Şübhəsiz ki, hazırkı boşluqda onların medianın gücündən faydalanma ehtimalları mümkündür. Deməli, qarşıda duran vəzifə həmin boşluğu aradan qaldırmaqdır. Yəni bir daha vurğulayım, yalnız ictimai qınaqla kifayətlənmək olmaz.
Medianın sırf dövlət tərəfindən nizamlandığı, tənzimləndiyi dövrə qayıda bilmərik. Buna görə Azərbaycan Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsini təklif etmişik. Nəzərə almaq lazımdır ki, medianın özünütənzimləmə modeli kimi Şuranın ictimai qınaqdan başqa müəyyən təsir rıçaqları olmalıdır. Bu, yalnız bizim fikrimiz deyil, bütövlükdə media ictimaiyyətinin mövqeyidir.
İkincisi, bu gün internet media orqanlarının həyatımıza təsiri çox güclüdür. Amma bu təsir cəmiyyətin tələblərinə nə dərəcədə adekvatdır? Biz bəzən yayımladığı material şikayətə səbəb olmuş internet KİV-in ünvanını tapa bilmirik. Sayta baxırsan, heç bir əlaqə vasitəsinə rast gəlinmir. Çünki KİV kimi bunu onlardan heç tələb edən də yoxdur. Yəni məsələnin hüquqi məsuliyyətini daşımırlar. Buna görə təklif etmişik ki, internet media hüquqi münasibətlər sistemində özünə məhz KİV kimi yer tutsun.
Ümumən islahatlar KİV sahəsini də əhatə etməlidir. Reklam bazarı genişləndirilməlidir. Bunun üçün hüquqi mexanizmlər işə salınmalıdır. KİV-lərin yayımı və satışı işi təkmilləşdirilməlidir. Əgər birbaşa qanunvericilik islahatından danışırıqsa, diffamasiya məsələsinə ciddi önəm verilməlidir. Nəzərə alınmalıdır ki, diffamasiyanın dekriminallaşdırılması yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması demək deyil. Diffamasiya mühiti mediaya yeni düzən gətirən sistemdir. Dünya praktikasına baxsaq, bu sistemdə sözə, ifadə edilən fikrə görə məsuliyyət həddən artıq böyükdür, cəza tədbirləri isə kifayət qədər adekvatdır. Biz buna nail olmalıyıq.
Bir daha bildirməliyəm ki, cənab İlham Əliyevin iqtisadi müşavirədə səsləndirdiyi fikirlər son dərəcə vacibdir, aktualdır. İstənilən cəmiyyətdə yeniliyi bir növ, süngü ilə qarşılayanlar olur. Azərbaycanda da var. Dövlət başçımız çıxışında bunun media üzərindən gerçəklişdirildiyinin anonsunu verdi. Bu bizim üçün kifayət qədər ciddi siqnaldır.
Əlbəttə, media islahat gedişində nəzərəçarpan nöqsanları, çatışmazlıqları diqqətə çatdırmalı, hətta ən sərt tənqidə də yer verməlidir. Ancaq heç bir halda tənqid qərəzə köklənməməlidir, onun hərəkətverici qüvvəsi yalnız ictimai maraq və mənafe olmalıdır. Hansısa media orqanı nəyinsə müqabilində islahatın qarşısında dayanan qüvvənin ruporu rolunda çıxış edirsə, özünün ictimai missiyasını unutmuş olur. Dövlət başçısının da bildirdiyi kimi, ortaya çox ciddi siyasi iradə qoyulub - “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”. Peşəsinə sadiq jurnalistlərin toplaşdıqları media orqanlarımız məhz bunun üçün çalışırlar və heç bir qüvvə bu yolun gedilməsinə qarşı çıxa bilməz.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın dünəni, bu günü və gələcəyi 14:04Yeni Azərbaycan Partiyası niyə və necə yarandı? 13:14Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisi keçiriləcək 12:40Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR 11:27Azərbaycanın və Qazaxıstanın Baş nazirləri iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər 11:22"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb 11:19Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb 11:15Azərbaycan yığması AVRO-2020-də növbəti oyunun keçirib 11:13Çində 11 şaxtaçı dağıntı altında qalıb 11:03IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır 11:00Bakıda zəncirvari qəza - yola dağılan maye sürücülərə çətinlik yaratdı 10:57Hindistanda musson mövsümündə 2400-ə yaxın insan həlak olub 10:36Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olub 14:02Bu gün Milli Məclisin plenar iclası keçiriləcək 11:43Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb 11:39Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər 11:15Bakıda 25 yaşlı qız xalası oğlu ilə sevgili oldu, gizli ev tutub yaşadılar, sonra... 11:11Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək 11:07Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb 10:58IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək - Səfir 10:55Diabetdən qorunmanın YOLLARI: Çox gəzin və boşqabı üç hissəyə bölün 10:51Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın 10:39Baytar həkimin sosial şəbəkələrdə yerləşdirdiyi video-təlimat 400 min baxış toplayıb 10:36Saatlıda əkin sahələri nədən susuz qalıb? 20:50Milli Məclisdə 2020-ci ilin büdcə layihəsi müzakirəyə çıxarıldı 20:39Gənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya Ağayev 20:37Deputat: Azərbaycan və Rusiya prezidentlərinin birgə səyləri ilə hər iki ölkə mehriban qonşuya və strateji tərəfdaşa çevrilib 16:48Deputat: Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir 11:42Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır 11:40Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir? 11:37Bakıda qısqanc ər 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürdü 11:32Yasamalda uşaqlara araq və siqaret satan 4 satıcı tutuldu 11:29Bakıda bir gündə 3 nəfər itkin düşdü - Müəmma 11:25İki alimimizdən BÖYÜK UĞUR 11:21TANAP-in açılacağı tarix məlum oldu - Böyük layihə 11:16Transferlərinə milyonlarla pul xərcləndiyinə peşman edən futbolçular - Eden Hazard, Luka Yoviç... 10:29Uşaqlara sevindirici xəbər - Məşhur cizgi filminin davamı çəkiləcək 10:23Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib 15:50Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb 15:47Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb 12:46Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb 12:44Konstitusiyamız və milli ideologiyamız 12:42Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir 12:40Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb 12:20Los Anceles sinaqoqunda erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz olub 12:13Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü 12:09Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın... 12:05Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA 12:02İnstitut direktoru: İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər 10:25Cəbhədə ERMƏNİ TƏXRİBATI - Snayper və pulemyotlarla... 10:20Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN baş verdi, 10 nəfər... 10:17"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir 10:12İbrahimoviç harda qərar tutacaq? - SON DURUM 10:072020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU 10:04Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək 17:17Prezident İlham Əliyev: Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır 17:11Binalar niyə isinmir? - RƏSMİ CAVAB 17:07Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi 17:06Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu 17:01Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü 12:33