08 okt 13:47siyaset

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və onların əldə olunması

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və onların əldə olunması
Milli Məclisin deputatı Nəsib Məhəməliyevun seçicilərlə görüşündən

Müasir dövrdə bazar münasibətlərinə əsaslanan iqtisadi inkişaf kursunun götürülməsi, elmin və texnikanın inkişafı, cəmiyyətdəki iqtisadi münasibətlərin köklü və prinsipial surətdə dəyişməsi mülki hüququn alqı-satqı kimi ənənəvi institutunun tətbiq sferasının xeyli genişlənməsinə səbəb olmuşdur.
Dövlətimizdə aparılan köklü iqtisadi islahatların həyata keçirilməsi, cəmiyyətin iqtisadi əsaslarında prinsipial dəyişikliklər edilməsi alqı-satqı müqaviləsindən istifadə edilməsinin diapazonunu kifayət qədər genişləndirməyi şərtləndirmişdir. Bu müqavilələrdən biri də daşınmaz əmlakın alqı-satqı müqaviləsidir.
Daşınmaz əmlakın alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin bir növü olduğuna görə bu müqavilə ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsində mülki-hüquq yəni MM-nin 29-cu fəslinin 5-ci paraqrafına daxil olan normalar (646-650-ci maddələr), Notariat haqqında Azərbaycan Respublikası Qanunun 46-cı maddəsi, Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat və bir çox normativ hüquqi aktlar baş rol oynayır.
Daşınmaz əmlakın alqı-satqı müqaviləsi konsensual, əvəzli və qarşılıqlı (ikitərəfli) müqavilədir. Bu müqavilələnin tərtibatında xüsusi əhəmiyyət onunla şərtlənir ki, yüksək çeviklik xüsusiyyətinə malik olan yeni yaranmış Elektron Notariat İnformasiya Sistemi vasitəsi ilə notarius tərəfindən əldə olunmuş məlumatlar alqı-satqı müqavilərnini rəsmiləşdirilməsi zamanı müqavilə iştirakçılarının hüquqlarının yoxanılmasıda, qorunmasına və yenidən qeydiyata alənmasında qeniş istifadə olunur.
Notarius daşınmaz əmlaka rəsmi reyestrlərində qeydə alınmış əmlakın alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır.
Qeydiyyatdan keçmış əmlakın alqı-satqı müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı, tikintisi başa çatdırılmamış daşınmaz əmlaka münasibətdə isə tikili üzərində mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini, digər hallarda isə surətini notariat işinə əlavə edir. Hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir.
Fiziki şəxsin satılan yaşayış yeri üzrə qeydiyyatda olması müddəti “Elektron notariat” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən edilir.
Daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında (alqı-satqı müqavilələr) təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir.
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.
Əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir.
Əmlak üzərinə məhkəmə tərəfindən həbs qoyulmuşdursa, həmin əmlaka sərəncam verilməsi haqqında müqavilənin təsdiqinə dair notariat hərəkətləri həbs götürülənədək dayandırılır.
Yaşayış sahəsinin (ev, mənzil, otaq) satılması haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat qaydasında təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir.
Notarius əmlakın nisyə alqı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilədə belə müddət nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsi tətbiq edilir.
Müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir.
Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir.
Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir.
“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir.
Ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir.
Əmlakın satılmasına dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, göstərilməlidir.
Əmlakın satılmasına razılıq haqqında ərizələrini notariusa şəxsən təqdim edən şəxslərin imzalarının həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius razılıq vermiş şəxslərin şəxsiyyətini müəyyən edir və onların imzalarının həqiqiliyini yoxlayır, bu barədə ərizələrdə qeyd edir və onların şəxsiyyətini təsdiq edən sənədin adını, nömrəsini, verildiyi tarixi və sənədi vermiş idarənin adını göstərir.
Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın satılması o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun.
Əmlakı satan şəxs onun ərinin (arvadının) olmaması (subay, dul olması) haqqında ərizə təqdim edərsə, notarius bunu əqdin digər iştirakçısının nəzərinə çatdırır, o isə ərizədə imza etməklə, həmin halın ona məlum olduğunu təsdiq edir. Göstərilən ərizə əmlakı satan şəxsin özü tərəfindən, əqd nümayəndə vasitəsilə bağlandıqda isə nümayəndə tərəfindən verilməlidir.
Əmlakın satılması haqqında müqavilələri təsdiq edərkən, notarius daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər satılan əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlak satılarkən ərin (arvadın) razılığı tələb edilmir.
Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.
Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
Ümumi paylı mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, notarius satanın xahişi ilə onun ərizəsini satılan əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərir.
Ümumi paylı mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınmaz əmlak üçün 45 gün ərzində, daşınar əmlak üçün isə 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, notarius payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.
Əmlakdakı payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin, ümumi paylı mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamadıqda və onların ünvanı məlum olmadıqda da təsdiq edilə bilər. Notarius bu halı yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və ya Əhalinin Dövlət Reyestri və yaxud “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə yoxlayır.
Satılmış əmlak üçün alınan məbləği yetkinlik yaşına çatmamışların və ya fəaliyyət qabiliyyəti olmayan digər şəxslərin adına bank əmanətinə qoyulması qəyyumluq və himayə orqanı tərəfindən valideynlərə, qəyyumlara və ya himayəçilərə tapşırılarsa, notarius həmin tələbin yerinə yetirilməsini yoxlaması və bunu müqavilənin mətnində göstərməlidir.
Yaşayış evinin, bağın, bağ evinin alqı-satqı müqaviləsi təsdiq edilərkən yaşayış evinin, bağın, bağ evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olduğu müəyyən edilərsə və tərəflərin torpağı da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsində qeyd olunan hallarda tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların binanı (qurğunu) əldə edənə keçməsi barədə müddəalar bu əqddə öz əksini tapmalıdır. Əgər torpaq xüsusi mülkiyyәtdә deyilsə, o zaman notarius tərəflərə izah etməlidir ki, torpaqdan yalnız istifadə (icarə) hüquqi digər tərəfə keçir.
Eyni zamanda izah edilməlidir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq torpaq yalnız Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xüsusi mülkiyyətində ola bilər.
Daşınmaz əmlakın müəyyən hissəsinin satılması haqqında müqavilələr təsdiq edilərkən, bu müqavilənin mətnində tərəflərin istəyinə uyğun olaraq həm əmlakın konkret hissələri (mərtəbə, otaq, yaşayış və torpaq sahəsinin konkret ölçüsü), həm də riyazi paylar (1/2; 1/3) göstərilə bilər.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri tərəfindən daşınmaz əmlakda ona məxsus paya sərəncam verilməsi haqqında müqavilədə daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası yalnız o zaman göstərilə bilər ki, daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müvafiq saziş olsun və ya buna onların yazılı razılığı olsun, yaxud da daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun.
Daşınmaz əmlakın konkret hissələri (mənzillər, otaqlar, mərtəbələr və s.) göstərilməklə ümumi daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müqavilə müstəqil sənəd tərtib etmək yolu ilə rəsmiləşdirilə bilər.
Bu cür müqavilələr təsdiq olunarkən daşınmaz əmlakın hüquq müəyyənedici sənədi və texniki pasportu tələb edilir.
Notarius daşınmaz əmlaka ümumi mülkiyyətdə paya sərəncam verilməsi haqqında müqaviləni təsdiq edərkən payı əldə edənə izah edir ki, iştirakçıların paylarına müvafiq surətdə daşınmaz əmlakın ayrı-ayrı hissələrindən istifadə etmək qaydası haqqında bu daşınmaz əmlakda paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında əvvəllər bağlanmış müqavilə notariat qaydasında təsdiq olunmuş və müvafiq dövlət orqanında qeydə alınmışsa, bu müqavilə həmin daşınmaz əmlaka ümumi mülkiyyətin bir hissəsini əldə edən şəxs üçün də məcburidir.
Daşınmaz əmlak üçün hüquq müəyyənedici sənəddə payların miqdarı göstərilməmişsə və ya qeyri-düzgün göstərilmişsə, payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında müqavilə həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquq müəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçısı öldükdə, payların miqdarının dəyişdirilməsi haqqında saziş onun mirası qəbul etmiş vərəsələrinin iştirakı ilə təsdiq edə bilər.
Ümumi mülkiyyətin iştirakçılarından hər birinə məxsus olan payın miqdarının müəyyən edilməsi, eləcə də payların miqdarının dəyişdirilməsi haqqında müqavilə təsdiq edilərkən təsdiq qeydində göstərilir ki, bu müqavilə dövlət reyestrində qeydə alınmalıdır.
Tarix və mədəniyyət abidələrinin özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına dair müqavilələrin təsdiqi zamanı müvafiq mədəniyyət orqanlarının bu barədə razılığı olmalıdır.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir 15:03Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər 14:05Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur 13:57Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur 10:57Aleksandr Oxrimenko: Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib 10:55Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 10:52Başqa kişi ilə şəklini ərinə göndərdi və... - Bakıda 2 qadının öldürüldüyü olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI 10:34Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil 10:28Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO 10:24II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb 10:20İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib 10:17Dünyanın ən iri həbsxanası bağlanır 10:14Tovuzda 18 yaşlı qız oğurlanıb 10:12Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib" 12:49Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü 12:48MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir 12:15Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub 12:13Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub 12:09Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb 11:46Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb 11:41Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlar dünya miqyasında nümunə ola bilər - Deputat 11:35Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı 11:31Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlanıb 11:18Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi 11:14Aslan pəncəli İBAD 11:09Nazir: İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində gələn il üçün 128,2 mln. manatlıq büdcə formalaşdırılıb 10:56Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı, özünü isə avtobus vurdu - Bakıda dəhşət 10:50"Sülh çeşməsi”: indiyə kimi 653 terrorçu zərərsizləşdirilib 10:46NASA-nın alimləri: Yerdə həyatın yaranmasında... 10:34Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib 09:38Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər 09:35Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində 09:33Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı 09:32Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib 09:30Azərbaycanda pensiya yaşı belə hesablanacaq - YENİLİK 09:23"Barış çeşməsi": 637 terrorçu zərərsizləşdirib 09:18İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz 09:15Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır" 09:12Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər - ŞƏRH 09:09Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı 09:06Təhsil naziri - Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq 09:03Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb 09:00Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub 08:57Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək" 08:54DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək 12:46Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır 12:43Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi 12:39“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır 12:36Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... 12:33Paytaxt məktəbliləri gimnastika üzrə beynəlxalq turnirdən medalla qayıdıblar 12:27Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT 12:161500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü 11:50İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı 11:35Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI 11:17Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz... 11:00Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib 15:27“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 15:01Putin Ağabəy Əsgərova medal verdi 14:56Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... 14:07Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib 14:04