07 okt 14:26siyaset

Milli Məclisin payız sessiyası başlandı

Milli Məclisin payız sessiyası başlandı
Müzakirələr, mübahisələr, təklif və rəylər deputatların kifayət qədər fəallığından xəbər verirdi

Məlum olduğu kimi, sentyabrın 30-da Milli Məclis payız sessiyasının ilk iclasını keçirdi.
İclasın gündəliyinə 20 məsələ daxil idi. Əvvəlcə cari məsələlərdən danışan deputatlar gündəliyə keçid alaraq Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqında ilk məsələ ətrafında kifayət qədər çıxışlar etdilər, təklif və rəylərini bildirdilər, qarşıda duran həlli vacib məsələlərdən danışdılar.
Millət vəkili Nəsib Məhməliyev daha fərqli-cəmiyyəti düşündürən və ölkəmiz üçün prioritet məsələlərdən olan geosiyasi problemlərdən danışdı. Çıxış yetərincə diqqət çəkən olduğundan necə deyərlər, nöqtəsinə-vergülünə toxunmadan veririk:
- Hesab edirəm ki, payız sessiyasının gündəliyində cəmiyyətimizin inkişafı üçün lazım olan qanun layihələrinin müzakirəsi nəzərdə tutulmuşdur. Ələlxüsus hamının maraqla gözlədiyi növbəti - 2010-ci il üçün qərara alınmış büdcənin müzakirəsi, reproduktiv sağlamlıq, insan orqanlarının transplantasiyası haqqında, ali təhsil haqqında qanun layihələri və digər layihələrin sessiyanın gündəliyinə salınması vacib məsələlərdəndir. Əlavə olaraq 2 məsələni də sessiyanın müzakirəsinə buraxılmasını təklif etmək istərdim.
Birinci məsələ, heç kim üçün sirr deyil ki, dünyada və regionda super gücə malik dövlətlər arasında geosiyasi maraqlar uğrunda çox ciddi mübarizə gedir. Ətrafımızda yerləşən ölkələr kimyəvi, bioloji, bakterioloji silahları, giper səsli raketləri sınaqdan keçirirlər. Şübhəsiz, cənab prezidentin apardığı balanslaşdırıcı siyasət nəticəsində bu ölkələr bizə dost münasibət göstərirlər. Ancaq, son vaxtlar qonşu İranla Qərb ölkələri arasında bağlanmış nüvə müqaviləsi pozulduqdan sonra münasibətlər son dərəcə gərginləşmişdir. İstənilən anda orda və yaxud körfəz ölkələri arasında müharibənin başlanması istisna olunmur. Düşmən ölkə olan Ermənistanda isə küçə demokratları hakimiyyətə gələndən sonra daxili uğursuzluqlarını, verdikləri vədləri yerinə yetirə bilmədiklərini ört-basdır etmək üçün Qarabağda təxribatlara başlamışlar.
Həmkarlarımdan və mətbuat nümayəndələrindən xahiş edirəm ki, dediklərimi həyəcan və yaxud təşviş kimi qəbul etməsinlər. Sadəcə müharibə şəraitində olduğumuz və düşmən üzərində mütləq qələbə çalmağımız üçün əhalini daim maarifləndirməli, psixoloji cəhətdən mükəmməl hazırlamalıyıq. Yuxarıdan aşağı bütün dövlət idarəetmə sistemində və digər orqanlarda çalışan insanların əllərində konkret qarşılıqlı fəaliyyət proqramı olmalıdır. Müəyyən mənada bu işlər aparılır. Ancaq sorğular göstərir ki, əksər insanların texnogen hallarda və yaxud hansısa fövqəladə hadisə zamanı elementar davranış qaydaları haqqında bilgiləri kifayət deyil. SSRİ dövründən qalma sığınacaqların və ya yeni yaradılanların vəziyyətinin qənaətbəxş olub-olmaması ilə bağlı işlər təbii ki, aparılmalıdır. Belə bir deyim var: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” Təklif edirəm ki, mülkü müdafiənin daha da effektli təşkil olunması üçün söügedən məsələ payız sessiyasının gündəliyinə müzakirə üçün salınsın.
İkinci məsələ cinayət məcəlləsində nəzərdə tutulan qəsdən adamöldürmə maddəsi ilə bağlıdır. Son vaxtlar bir çox gənclər, hətta yeniyetmələr belə, ciblərində bıçaq saxlayırlar. Cibində daim bıçaq gəzdirən gənclər əksər hallarda potensial cinayətkardır. Xəbər saytlarına baxdıqda, müxtəlif bölgələrdə kimin kimisə bıçaqlayıb öldürdüyü haqqında məlumatlar verilir. Heç bir faydalı əməklə məşğul olmaq istəməyən belə gənclər təsadüfən küçədə rastlaşdığı, hətta tanımadığı normal, savadlı bir gənci qətlə yetirməklə neçə-neçə insanın faciəsinə səbəb olurlar. Hesab edirəm ki, qanunun operativliyinin təmin oulnması baxımından bu tipli cinayətlərə görə cəzanın sərtləşdirilməsi zamanın tələbidir.
Deputat Nəsib Məhməliyevin bu çıxışına digər həmkarları da qoşularaq müsbət münasibət bildirdilər. Daha sonra digər qanun layihələrinin müzakirəsi zamanı mübahisə doğuran məqamlardan biri və başlıcası “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələ ilə bağlı idi. Çıxış edən deputatların bir çoxu bu qanunun hətta müzakirəyə çıxarılmasının əleyhinə olduqlarını bildirdilər. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili İsa Həbibbəylinin müqayisəli çıxışı yaranan gərginliyi bir qədər aradan qaldırdı:
- Mən bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Birincisi, Nazirlər Kabinetinin “Bayraq haqqında” qəbul elədiyi qərar bayrağın yerlərinin dəyişməsinə aid deyil, bayrağa hansı müstəvidən baxmağı müəyyən eləyir. O müstəvidən baxanda bayraqda rənglərin düzümü Azərbaycanın milli maraqlarına tamamilə uyğun şəkildə öz əksini tapmış olur.
Müzakirə mövzusuna çevrilən ikinci məsələ dövlət rəmzləri haqqındadır. Azərbaycanın müstəqil Dövlət Bayrağı onun əsas dövlət rəmzlərindən biridir və dövlət rəmzləri qəbul olunana qədər Azərbaycanda müxtəlif dövlətlər əsrlər boyu fəaliyyət göstərmişdir ki, onların da özlərinə məxsus bayraqları, dövlət rəmzləri olmuşdur. Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi Dövlət Bayrağı, onun rəmzləri, onun daşıdığı mənalar da özünəqədərki əsrlər ərzində Azərbaycanın ayrı-ayrı müstəqil dövlətlərində qəbul olunmuş bayraqlarında istifadə olunan rəmzlərin təkamülü əsasında formalaşmışdır. İndi elmi dairələrdə müzakirə zamanı məlum olmuşdur ki, bizim, məsələn Səfəvilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri kimi qədim dövlətlərimizin bayraqları haqqında yekdil fikirlər yoxdur. Müəyyən tədqiqatlarda bir bayraq modeli, digər bayraqlarda başqa bir bayraq modeli həmin dövlətin rəmzləri səviyyəsində cəmiyyətə müxtəlif məqsədlərlə, müxtəlif ampulada təqdim olunub. Ona görə də mən təklif edərdim ki, bugünkü qanunu qəbul eləyək, amma növbəti dəfələrdə Dövlət Bayrağı məsələsinə yenidən qayıtmalıyıq.

Bəradər Səməndərli
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir 15:03Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər 14:05Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur 13:57Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur 10:57Aleksandr Oxrimenko: Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib 10:55Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 10:52Başqa kişi ilə şəklini ərinə göndərdi və... - Bakıda 2 qadının öldürüldüyü olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI 10:34Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil 10:28Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO 10:24II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb 10:20İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib 10:17Dünyanın ən iri həbsxanası bağlanır 10:14Tovuzda 18 yaşlı qız oğurlanıb 10:12Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib" 12:49Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü 12:48MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir 12:15Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub 12:13Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub 12:09Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb 11:46Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb 11:41Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlar dünya miqyasında nümunə ola bilər - Deputat 11:35Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı 11:31Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlanıb 11:18Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi 11:14Aslan pəncəli İBAD 11:09Nazir: İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində gələn il üçün 128,2 mln. manatlıq büdcə formalaşdırılıb 10:56Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı, özünü isə avtobus vurdu - Bakıda dəhşət 10:50"Sülh çeşməsi”: indiyə kimi 653 terrorçu zərərsizləşdirilib 10:46NASA-nın alimləri: Yerdə həyatın yaranmasında... 10:34Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib 09:38Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər 09:35Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində 09:33Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı 09:32Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib 09:30Azərbaycanda pensiya yaşı belə hesablanacaq - YENİLİK 09:23"Barış çeşməsi": 637 terrorçu zərərsizləşdirib 09:18İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz 09:15Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır" 09:12Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər - ŞƏRH 09:09Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı 09:06Təhsil naziri - Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq 09:03Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb 09:00Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub 08:57Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək" 08:54DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək 12:46Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır 12:43Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi 12:39“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır 12:36Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... 12:33Paytaxt məktəbliləri gimnastika üzrə beynəlxalq turnirdən medalla qayıdıblar 12:27Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT 12:161500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü 11:50İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı 11:35Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI 11:17Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz... 11:00Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib 15:27“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 15:01Putin Ağabəy Əsgərova medal verdi 14:56Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... 14:07Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib 14:04