05 sen 17:26siyaset

Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib Respublikamızda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, çoxsaylı sənaye və aqrar-sənaye obyektlərinin yaradılması elektrik enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı daha da artırdığından “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətlidir. Bu, iqtisadi cəhətdən istehsal prosesinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artırılmasına və digər texniki imkanların genişləndirilməsinə şərait yaradır. Bütün bunlar isə ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdilər.
Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisistemin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasını işə saldı.
Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kvadratmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.
Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, müxtəlif ağac və gül kolları əkilib.
Dövlətimizin başçısı stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirdi.
Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham ƏLİYEV dedi:
-Təbrik edirəm. Stansiyanın açılışı çox əlamətdar hadisədir. Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və Xarici İşlər Nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır.
Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18:29Mehriban Əliyevanın sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova 18:26Cavid Qurbanov: BTQ region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir 18:24“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur” 18:13Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq 10:44Məhkum oğluna narkotik gətirən ata tutulub 10:39Sosial evlərdən kimlər “ev kolleksiyası” yaradır? 10:35Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək 10:28"Bu ölkə yox olacaq..." — Gerçəkləşməyə başlayan Vanqanın proqnozları 10:19Bakıda qaşlarını tatu etdirən qadının başına iş gəldi - 700 manat versə də... 16:09Azərbaycanda məktəblinin ölümünə səbəb olan şəxs tutuldu 16:04AMEA-nın iki institutuna direktor seçilib 16:00Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib 15:56Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ 15:43“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 15:39Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib 15:38Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib 15:32Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ 15:27Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik 15:22Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər 15:17Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45ÖZÜNÜ SEVDİRƏ BİLMƏDİN MƏNƏ 20:23Nümunəvi tibb ocağı 19:07