03 sen 17:18siyaset

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi.
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün şəxsi "Facebook" səhifəsində yazıb:
Əli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Hələ o illərin canlı şahidləri Azərbaycan əhlisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.
AXC-Müsavat hakimiyyətinin ölkəni saldıqları bərbad vəziyyət orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.
Cəbhədə döyüşlərin getdiyi vaxt Sürət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb.
Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.
Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşını ala bilərdi?
Parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və buna görə də işğalın qarşısını ala bilməyən Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas edə bildi.
Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində Heydər Əliyevin Azərbaycanın xilası üçün nələr etdiyini xalqımız unutmayıb.
1. Heydər Əliyev AXC-Müsavat tandeminin səriştəsiz idarəçiliyi, xəyanət səviyyəli səhlənkarlığı üzündən ölkəni məhv olma təhlükəsindən, silahlı vətəndaş qarşıdurması girdabından xilas etdi;
2. Heydər Əliyev Azərbaycanı yaxşı halda federallaşmaya, əslində isə siyasi xəritədən silməyə hesablanmış etnik-regional separatizm meyllərinə qarşı ölkənin bütün vətəndaşlarını vahid dövlətçilik-azərbaycançılıq ideyası ətrafında yığaraq səfərbər etdi. İstər cənub, istər şimal-şərq, istərsə də şimal-qərb regionlarının ziyalıları, sıravi vətəndaşları Heydər Əliyevin çağırışlarına səs verərək separatizm ocaqlarını söndürdülər və Azərbaycan bölünüb parçalanmaq təhlükəsindən xilas oldu;
3. Heydər Əliyev mövcud olmayan, "səhra komandirlərinin” daxili razborkalar, müdafiə nazirinin isə digər nazirlikləri və Prezident Aparatını zəbt etmək üçün istifadə etdiyi silahlı qüvvələrdən qısa müddətə real, vətənpərvər əsgər və zabitlərdən komplektləşdirilmiş milli ordu qurmağa nail oldu. Bu ordu Horadizdə, Cəbrayılda ilk ciddi uğurlarına qazandı, indi bəzi memuarlardan bəlli olduğu kimi digər paytaxtlarda cızılan və Azərbaycanın müxtəlif ölkələr arasında bölüşdürülməsini nəzərdə tutan planları pozmaq gücündə olduğunu sübut etdi. Məhz ordumuzun qısa müddətdə toparlanıb real gücə çevrilməsi Ermənistanı atəşkəs müqaviləsinə getməyə məcbur etdi;
4. Heydər Əliyev Azərbaycan daxilində günü-gündən genişlənən xaosun, hüquqi özbaşınalığın, "polis-reket” sisteminin, qarətçiliyin, "qanuni oğrular” hakimiyyətinin qarşısını aldı. Ölkədə qayda-qanun bərqərar edildi. İndi sevmədiyiniz ifadələri təkrarlayaq: insanlar gecələr oğurlanmaq, şikəst edilmək qorxusu olmadan küçəyə çıxmağa başladı;
5. Heydər Əliyev Azərbaycanı sizin öz hakimiyyətinizi və bütövlükdə gənc dövləti bütün dünyaya düşmən edən bərbad xarici siyasətdən xilas etdi. Bəzən Ustad müəllim kimi Azərbaycanın xəritəsi ilə dünyanı dolaşaraq gerçəklərimizi, problemlərimizi dünyaya tanıtdı, irqi-etnik təəssübkeşliklə dünyaya meydan oxumağın, "İranı viran etmək”, "Rusiyanı parçalamaq”, "Çinə türk bayraqları sancmaq” xülyalarının xarici siyasət kursu olmadığına dünyanı inandıra bildi, Ermənistan istisna olmaqla, heç bir qonşu dövlətlə problemi olmayan, komplimentar xarici siyasət kursu tətbiq etdi.
Mən sizə sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət tərbiyəsini dərk etmədən atıb qaçdığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığınızı xilas etdiyi üçünmü Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz?
Daxili işlər naziri dünyanı nüvə müharibəsi ilə təhdid edən, müdafiə naziri Prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanlarmı torpağın itkisində günahkardır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvdən xilas edən Heydər Əliyevmi?
Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloqqer kimi maraq doğurursuz...
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Marsda heykələ dönmüş qadın tapıldı 17:03Sezen Aksudan sevənlərinə PİS XƏBƏR 16:55Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18:29Mehriban Əliyevanın sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova 18:26Cavid Qurbanov: BTQ region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir 18:24“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur” 18:13Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq 10:44Məhkum oğluna narkotik gətirən ata tutulub 10:39Sosial evlərdən kimlər “ev kolleksiyası” yaradır? 10:35Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək 10:28"Bu ölkə yox olacaq..." — Gerçəkləşməyə başlayan Vanqanın proqnozları 10:19Bakıda qaşlarını tatu etdirən qadının başına iş gəldi - 700 manat versə də... 16:09Azərbaycanda məktəblinin ölümünə səbəb olan şəxs tutuldu 16:04AMEA-nın iki institutuna direktor seçilib 16:00Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib 15:56Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ 15:43“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 15:39Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib 15:38Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib 15:32Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ 15:27Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik 15:22Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər 15:17Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45