20 avq 12:05siyaset

Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN

Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN Prezident İlham Əliyev "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.
Fərmana əsasən, "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.1.3. həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta predmetinin tərkibini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
2.1.4. həmin Qanunun 10.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.1.5. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.1.6. Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.2. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.10.1.5-ci (kənd təsərrüfatı sahəsində islahatlar aparılması ilə bağlı xərclər) yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını, habelə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində Fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 000 000 (beş milyon) və 3 000 000 (üç milyon) manat vəsaitin nəzərdə tutulmasını, həmin vəsaitlər hesabına Fondun nizamnamə kapitalının artırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.3. dörd ay müddətində:
2.3.1. həmin Qanunun 5.3-cü maddəsinə uyğunolaraq, aqrar sığorta üzrə təminat verilən risklərin tərkibini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.3.2. həmin Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, sığorta qaydalarını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və AzərbaycanRespublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
2.3.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
2.3.4. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, "Aqrar sığorta" informasiya sisteminin əsasnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.3.5. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, "Aqrar sığorta" informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərininvə onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.4. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun və bununla bağlı təkliflərini hər il sentyabr ayının 25-dək "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
2.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

3. Müəyyən edilsin ki:
3.1. "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun:
3.1.1. 4.2-ci, 5.3-cü, 6.1-ci, 7.2-ci, 8.1-ci, 8.5-ci maddələrində, 10.1-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 10.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 10.4-cü maddəsində, 13.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü, 15.3-cü (hər iki halda) və 15.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.1.2. 8.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.1.3. 4.2-ci, 5.3-cü, 6.1-ci, 7.2-ci maddələrində, 10.1-ci maddəsinin ikinci cümləsində, 13.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü və 15.3-cü (ikinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.1.4. 8.5-ci, 15.3-cü (birinci halda) və 15.4-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
3.1.5. 10.1-ci maddəsinin birinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
3.1.6. 10.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 10.2-ci maddəsinin birinci cümləsində (birinci halda) və 10.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;
3.1.7. 10.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
3.2. Fondun ilkin nizamnamə kapitalı 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;
3.3. Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir;
3.4. Fondun fəaliyyətinin idarə edilməsi qaydası ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq onun nizamnaməsi ilə tənzimlənir.

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Fondun nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
4.1.2. Fondun yenidən təşkili barədə qərarın qəbul edilməsi və Fondun ləğvi məsələsinin həlli;
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.2.1. Fondun nizamnaməsinin təsdiqi;
4.3. Fondun Himayəçilik Şurasına:
4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
5.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə:
5.1.1. bu Fərmanın 2.1.6-cı yarımbəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.1.2. bu Fərmanın 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərində qeyd olunan məsələlərlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.2. bu Fərmanın 2.3.3-cü yarımbəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.3. bu Fərmanın 2.4-cü bəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə təqdim etsin;
5.4. "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:
6.1. "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan tələbləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;
6.2. "Aqrar sığorta haqqında" AzərbaycanRespublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
7.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
7.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45ÖZÜNÜ SEVDİRƏ BİLMƏDİN MƏNƏ 20:23Nümunəvi tibb ocağı 19:07“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 19:04Deputat: Sabirabadda baş verənlər göstərir ki, bu sahədə hələ görüləsi işlər çoxdur 17:06Dünyanın ən bahalı göyərçininə rəqib gəlir 16:15Çin və ABŞ arasında ticarət-iqtisadi danışıqlar davam edir 12:30Ərdoğana sui-qəsd hazırlayan zabit saxlanılıb 12:27Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb 12:23Eldar Sultanov: Baş Prokurorluqda araşdırma aparılmır 11:44Hərbi qulluqçularımız Almaniyada “Saber Junction - 19” təlimində iştirak edəcək 11:38Bakıda binanın eyvanı uçdu 11:34Bu dövlət qulluqçularının maaşlarının məbləğləri təsdiq edilib 11:28Uşaq bağçaları ilə bağlı komissiya yaradıldı - Yoxlama aparılacaq 11:04Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzil bazarı bahalaşdı 10:55Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı 10:51Qadınlar yoxsa kişilər daha çox qayda pozur? - DYP-dən RƏSMİ AÇIQLAMA 23:27Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı 15:50Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 15:47Bakıda daha iki marşrut xətti birləşdirildi 15:43AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər 15:36Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib 15:31Əli Həsənov: Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır 15:28