15 avq 14:04siyaset

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, müsabiqə iştirakçıları, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçuları, media əməkdaşlarının iştirak etdikləri mərasimdə respublikanın Əməkdar artisti Ramil Qasımovun və əsgər xorunun ifasında dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarından “Ey Vətən” mahnısı səsləndirilib.
Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan Beynəlxalq Ordu Oyunlarına maraq artır. “Dəniz Kuboku – 2019” müsabiqəsinin həyəcanlı anları artıq arxada qaldı və hərbi dənizçilərimiz təbiətin sərt sınaqlarından uğurla çıxdılar. Üçüncü ildir ki, Azərbaycan “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub".
“Dəniz Kuboku – 2019” müsabiqəsində iştirak edən ölkələrin dövlət bayraqları təntənəli mərasimə gətirilib.
Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələri komandalarının iştirak etdiyi “Dəniz Kuboku” müsabiqəsinin əsas mükafatı - kubok və iştirakçı dövlətlərin bayraqları alqışlar altında səhnəyə gətirilib, yarışların qısa xronikası videoçarx vasitəsilə təqdim edilib, beynəlxalq hakimlər briqadasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.
Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında şəffaf, qarşılıqlı anlaşma şəraitində keçən “Dəniz Kuboku – 2019” müsabiqəsinin qalibi Azərbaycan komandası olub. İkinci yeri Rusiya, üçüncü yeri Qazaxıstan komandası tutub.
Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, “Dəniz Kuboku – 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov qeyd edib ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Beşinci Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku-2019” müsabiqəsinə yekun vurulur. O qeyd edib ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanması və İran, Qazaxıstan, Azərbaycan Respublikaları Hərbi Dəniz Qüvvələrinin komandaları on gündən çoxdur ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında gərgin şəraitində yarışdılar və bacarıqlarını nümayiş etdirdilər:
”Şəffaf və yüksək səviyyədə keçirilən builki müsabiqə də iştirakçıların peşəkar döyüş hazırlığı səviyyəsinin yüksək olduğu müəyyən edilmişdir. Beynəlxalq hakimlər kollegiyası öz vəzifələrini ləyaqətlə yerinə yetirdilər. Artıq qaliblər məlumdur. Sevindirici haldır ki, Xəzəryanı ölkələrin hərbi dənizçiləri öz güclərini döyüş meydanında deyil, yarış meydanlarında sınadılar. Mən “Dəniz Kuboku-2019” müsabiqəsinin uğurla başa çatması münasibətilə Azərbaycan Respublukasının Müdafiə Nazirliyinin rəhbərliyi adından bütün iştirakçıları, hakimləri, azarkeşləri, xüsusilə qalib komandaları təbrik edirəm.
Hörmətli qonaqlarımıza və müşahidəçi qismində yarışları izləyən ölkələrin nümayəndələrinə bir daha təşəkkür edirəm.
Hörmətli mərasim iştirakçıları! Hansı ölkənin komandasının qalib gəlməsindən asılı olmayaraq, ən böyük qələbəmiz Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birlərini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin daha da genişlənməsi oldu.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Beşinci Beynəlxalq Ordu Oyunlarında altı növ üzrə müsabiqədə Azərbaycanı təmsil edən komandalarımız da yüksək nəticələr əldə ediblər. Bu münasibətlə onları da tərbrik edirəm.
Hörmətli müsabiqə iştirakçıları, əziz qonaqlar! Əminəm ki, biz gələn il yenə də görüşəcəyik. Hər birinizə uğurlu yol arzulayıram”.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, “Dəniz Kuboku – 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının baş qərargah rəisi, vitse-admiral Andrey Volojinskiy, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Zaur Hümmətov və konturl admiral Oleq Korolyov komandalara və üzvlərinə kubok, medal və diplomlar təqdim ediblər.
Daha sonra çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov yarış iştirakçılarını təbrik edərək müsabiqənin yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu cür yarışlar dünyada sülhə və sabitliyə bir töhfədir. Azərbaycan bu yarışı çox yüksək səviyyədə təşkil etdiyini bildirən R.Salikov Rusiyanı müdafiə naziri Sergey Şoyqu adından Azərbaycan Ordusunun rəhbərliyinə təşəkkür edib.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, Bakıda keçirilən “Dəniz Kuboku 2019” yarışı çox möhtəşəm və gözəl şəraitdə keçdi: “Bütün təşkilatçılara, yarışda iştirak edən ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın Müdafiə Naziriliyi adından təşəkkürümü bildirirəm. Biz çalışdıq ki, yarışları yüksək qonaqpərvərlik və dostluq şəraitində keçirək. Hesab edirəm ki, buna nail olduq. Bu yarışlarda ən böyük naliyyət isə dostluq və qardaşlıq oldu. Bütün komandalar çox gözəl iştirak etdilər və buraya ən bacarıqlı hərbi qulluqçuları göndərmişdilər. Müşahidəçi ölkələr də var burada, ümid edirəm ki, onlar gələcəkdə də bu yarışa qatılacaqlar”.
Daha sonra Kərim Vəliyev yarışları bağlı elan edib. Ənənəyə uyğun olaraq “Dəniz Kuboku – 2019” müsabiqəsinin qalibi olan komandanın təmsil olunduğu ölkənin – Azərbaycanın dövlət himni ifa edilib. “Dəniz Kuboku” müsabiqəsi bağlı elan edilib, “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının və “Dəniz Kuboku” müsabiqəsinin bayraqları endirilib.
Mərasim respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Məryəm Şabanova, Fuad Musayev, “Səma” rəqs qrupu və Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifasında konsert proqramı ilə başa çatıb.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Türkiyə üçün dəhşətli proqnoz: 7,5 bal, 2,5 dəqiqə... 16:14Türküstanla bağlı nəhəng təlim: 128 min hərbçi... 16:08Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub 12:42Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu 12:38“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs tutulub 12:21Ağstafada piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib 12:15Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 12:05Bakıda qəzalı vəziyyətdə olan binalar sökülür - Pilot layihələr çərçivəsində yeni binalar tikilir 11:55“Qarabağ”ın futbolçusu Bolqarıstan yığmasına çağırılıb 11:48BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb 11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar 11:39Otellərdə hansı pulsuz xidmətlərdən istifadə etmək olar? 11:31Tanınmış şair Oktay Rza vəfat etdi 16:54Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO 16:42Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı 16:39“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıb 14:57Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video 14:45“Mahnıda seks havası varsa, bunu göstərirəm” 14:33Abşeronda qadına zor tətbiq edərək pul və telefonunu alıblar 14:28Türkiyə ordusu Suriyanın Sarakib şəhərinə daxil oldu 14:26"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi 14:25“Azərsu”nun işçisi 3 min manat cəzalandırılıb 14:22Avropada görməyə öyrəşdiyimiz mənzərə Bakıda: sürücülərimizdən nümunəvi addım! 10:14Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib 10:09Türkiyə təyyarələri İraqın şımalında PKK mövqelərini bombalayıb 10:05Atəşkəs 23 dəfə pozulub 10:03QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq 10:01Bakıda yol polisinin iştirakı ilə zəncirvari qəza baş verib 09:57Elektron ticarətin qaydaları - Proses 4 mərhələdən ibarətdir 09:53Böyük Britaniya İran gəmisini azad etdi - ABŞ-ın xahişini nəzərə almadı 09:49Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb 09:47Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib - NƏTİCƏLƏR 09:44Prezident İlham Əliyev: Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək 21:13Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm 21:07Cəbəllütariq ABŞ-ın İran tankerinin saxlanılması barədə xahişini rədd edib 21:02Baş Prokurorluq və DİN Şəmkirdə baş verən yanğınla bağlı məlumat yayıblar 20:56Sabunçuda süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb 20:51Bu məhsul sağlamlığa ziyan imiş 20:44Gənc pəhləvanımız Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub 20:39İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus 20:35Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub 16:22Gəmiricilərə qarşı zəhərli maddələr heyvanat aləminə ciddi ziyan vurub 16:19Rahidə Baxışovaya 35 min manat “atdılar” 16:17Alimlər 500 yaşlı köpəkbalığı aşkar ediblər 16:13Yevlaxda xəstəxananın şöbə müdiri barəsində cinayət işi başlanıb, iş məhkəmədədir 15:58Prokurorluq: Zaqatala Rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil 14:20DYP texniki baxışla bağlı sürücülərə müraciət edib 14:15Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi 14:06Bu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVAN 14:01Xırdalanda qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb 13:57Son 6 ayda ölkədə 29 minə yaxın ölüm halı qeydə alınıb 13:53Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı genişlənib 13:50Amerikalı turist qadının döyüldüyü kurortu bağlayıblar 13:40Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb 13:24UEFA Avropa Liqasında play-off mərhələsinin iştirakçıları məlum olub 13:19Dələduzluğa görə axtarışda olmuş qadının məhkəməsi başlayır 15:38Rusiyada azərbaycanlı gənc yanan evin sakinini xilas edib 15:35Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb 15:29Neymar məşqlərdən kənarlaşdırıldı 15:27Bakıda yol qəzası, prospektdə tıxac yarandı 15:25