21 in 16:23siyaset

Milli Məclis daha bir növbədənkənar iclasını keçirdi

Milli Məclis daha bir növbədənkənar iclasını keçirdi Xəbər verildiyi kimi, iyunun 13 və 14-də Milli Məclisin növbədənkənar iclası keçirilmişdir. İclasın gündəliyinə daxil edilən 36 məsələdən biri də “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanun layihəsi idi.
İkinci oxunuşda müzakirəyə çıxarılan bu qanun layihəsi barədə hələ ötən iclasda – birinci oxunuşda təklif və iradlarını bildirən millət vəkillərinin gözləntiləri bu dəfə əksinə oldu. Elə isə gəlin “Elm və Təhsil” Komitəsinin sədri, millət vəkili İsa Həbibbəylinin məsələylə bağlı çıxışını olduğu kimi izləyək: - Qeyd etmək istəyirəm ki, təklif edilən qanun layihəsi özəl təhsil müəssisələrinə aiddir və 5 ildən bir akkreditasiyanın keçirilməsini nəzərdə tutur. Akkreditasiyanın keçirilməsi isə təhsilin bütün mərhələləri üçün keyfiyyətin təmin təmin edilməsi, şəffaflığa nail olmaq və bir çox hallarda müəssisəsinin reytinqinin müəyyən olunması üçün son dərəcə əhəmiyyətli faktorlardan biridir. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə akkreditasiyadan keçməyən, akkreditasiya haqqında zəruri yekun sənədi olmayan təhsil müəssisələri ciddi təhsil müəssisələri kimi qəbul olunmur və onlar ikinci dərəcəli təhsil müəssisələri hesab olunurlar. Bizim ölkəmizdə də akkreditasiyanın artıq rəsmi şəkildə keçirilməsi bir neçə ildir ki, təmin olunur. Akkreditasiya eləyən təşkilatların akkreditasiya olunan təşkilatları, tabeliyində olan akkreditasiya olunan təşkilatların ekspertizadan keçirilməsi dünya təcrübəsində məqbul sayılmır. Ona görə də mütləq akkreditasiya keçirən təşkilat akkreditasiya keçirmək üçün səlahiyyət qazanmış, sertifikatları olan ekspertləri kənardan müşahidəçi qismində dəvət eləməlidir. Akkreditasiya isə 1 aydan 3 aya qədər, mübahisəli məqamlarda isə 6 aya qədər davam edir. Həmin ekspertlər göstərilən müddətlərdə müəssisəni ciddi şəkildə, prosedurlara uyğun olaraq ekspertdən keçirməli, hesabatlar yazmalı, geniş qərarlar qəbul eləməlidir. Bütün bunların hamısı ödənişli əsaslarla həyata keçirilməlidir. Dünyanın müxtəlif ölkələrində bunun üçün olan rəqəmləri nəzərinizə çatdırıram; Britaniyada 28 mindən 63 min avroya qədər, Almaniyada 30-45 avro arasında, Finlandiyada 30-35 avro arasında, hətta Ermənistanda 15 min avrodur. Bu isə bizim təklif elədiyimizdən görün nə qədər çoxdur.
Bizə təklif olunan layihədə keçən dəfədəki müzakirə zamanı səslənmiş, təkliflər nəzərə alınmış, imkan daxilində rüsum dərəcələrinə yenidən baxılmışdır. İndiki halda təklif edilən rüsum dərəcələri müəssisə üçün də ödənişli təhsil alan tələbə üçün heç bir dəyişiklik yaratmır. Misal üçün deyək ki, özəl ali məktəblərdə bir tələbənin ödəniş haqqı 3-4 min manat arasındadır. Əgər 5 ildə bir dəfə müəssisə akkreditasiya ediləcəksə, təxminən bir tələbənin ödənişini təklif eləməli olur. Bağçalarda isə bir uşaq üçün bir ayda minimum 250-300 manat ödəniş edilir. Düşünürəm ki, bağça üçün təklif olunan rəqəm bir uşağın bir illik təhsil haqqından da aşağıdır. Ona görə təklif olunan rəqəmlər nə təhsil müəssisələri üçün, nə də ödənişli təhsilin həcmini artırmaq üçün minimum hədlərdir və Azərbaycan reallığını tam əks elətdirir.
Hesab edirəm ki, təklif edilən rəqəmlər məqbuldur təhsilin keyfiyyətini, akkreditasiyaların təşkilini həyata keçirməyə əsas verir. Odur ki, deputat həmkarlarımın həyəcanlarına heç bir əsas yoxdur, qanunun qəbulunu zəruri sayıram.
Növbəti “Məhkəmələr və hakimlər haqqında” birinci oxunuşda təqdim olunan qanun layihələsi barədə fikirlər səsləndirilərkən, diqqət çəkən mübahisəli məqamlarla və baş vermiş ciddi olayla bağlı çıxış edən millət vəkili Rəşad Mahmudov dedi:
- Mənim səsləndirəcəyim fikirlərin bilavasitə cinayət-prossesual məcəlləsi ilə əlaqəsi ola bilər deyə, səhiyyə işçiləri adından bu məsələni dilə gətirməyi özümə borc bilirəm.
Cənab sədr, yəqin ki, artıq hamıya məlumdur ki, rayonlarımızın birində, səhv etmirəmsə Bərdədə iş başındaykən, təcili yardım işçiləri üzərinə olan zorakılıq hadisəsi, təcili yardım maşınına qarşı törədilən cinayət əməli, işçilərə qarşı olan təhqiramiz münasibət əminliklə deyə bilərəm ki, səhiyyə işçilərinə çox ciddi şəkildə mənfi-psixoloji təsir bağışlayıb. O da hamıya məlumdur ki, ötən dövr ərzində hörmətli həmkarım Musa Quliyev tərəfindən də bu məsələ dəfələrlə dilə gətirilmişdir. Xüsusən, bütün həkimlərə qarşı deyil, təcili yardımda fəaliyyət göstərən tibb personalına qarşı, eyni zamanda iş başında olan polisə qarşı, dövlət məmuruna qarşı olan bir hadisənin, cinayət əməlinin cinayət məcəlləsinə uyğun bir maddə kimi əlavə edilməsini təklif etmək istərdim.
Məlum olduğu kimi, cənab Prezidentin ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xidmət edən 2020-ci ildən etibarən bütün respublika üzrə icbari tibbi sığortanın həyata keçirilməsinin reallaşması, zamanında atılan dəyərli addımlardandır. Amma unutmamaq lazımdır ki, bu gözləntini həyata keçirəcək olanlar əsas subyektlər olaraq xəstəxanalar, təcili yardım maşınları və tibb personalıdır. Bu mənada biz tibb personalının hüquqlarını, haqlarını qorumaqla, demirəm ki, onlara qarşı hansısa fərqli güzəştlər göstərilsin. Təcili tibbi yardımla bağlı iş başında olan insanlarla əlaqədar qonşu ölkələrdə, inkişaf eləmiş ölkələrdə mövcud olan nümunələr var. Mən bütün səhiyyə işçiləri adından komitə sədri Əhliman müəllim Əmiraslanov başda olmaqla, eləcə də Əli müəllim Hüseynovdan bu məsələylə əlaqədar bir daha geniş müzakirələrin aparılmasını və bu mənada hadisənin qısa zaman içərisində mümkündürsə, həlli yolunun tapılmasının labüdlüyünü bir daha diqqətinizə çatdırmaq istəyirəm. Yenə təkidlə bir düşüncəni ortaya qoymaq istəyirəm ki, onlara qarşı olan bu zorakılıq sadəcə bir cinayət məsuliyyəti deyil, hadisələrdən on dəqiqə sonra gələcək yeni bir siqnal nəticəsində, düşünün o psixoloji sarsıntını keçirmiş bir insanın həyatı ilə əlaqədar olan anda düşə biləcəyi vəziyyət necə ola bilər? Əslində bu, sadəcə həkimlərin qorunması deyil, bunun Azərbaycan səhiyyəsində hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması üçün atılacaq zəruri addım olacağını düşünürəm.

Bəradər Səməndərli
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb 15:11Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları” QSC-dən ayrıldı 00:04Nəsib Məhəməliyev : Mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur 18:27Çindən Azərbaycana daha bir blok qatarı çatır 22:03ABŞ-la ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub 21:58Azərbaycan karbamidinin konteynerlərdə ilk partiyası BTQ üzrə Türkiyəyə uğurla göndərilib 21:41Səmimi və qayğıkeş insanlar... 21:22Millət vəkili Cavid Osmanov: “Azərbaycana ləkə gətirmək istəyən Orduxan, Sevinc Osmanqızı və Qənimət Zahid kimi satqınları xalqımız pisləyir" 20:31İxtisara düşdü, iş yerini partlatmaq istədi - Qumbara ilə 14:48Bakıda gölü çirkləndirən Biləsuvar sakininə protokol yazıldı 14:43Müəllimlərin işə qəbulu üzrə imtahanların TARİXLƏRİ açıqlandı 14:36Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanılıb 14:28Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahıda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər 14:23Baş nazirin müavini: Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir 14:18“Nəsimi ili” nin izi ilə 15:07Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı 11:58Hindistanda yol qəzasında 24 nəfər həlak olub 11:21Suriyada hava hücumu nəticəsində dörd nəfər həlak olub 11:13Bu gündən Bakı Metropoliteni yay qrafikinə keçir 11:07İyulda 42 dərəcə isti olacaq - AYLIQ PROQNOZ 11:02Bu gündən qabiliyyət imtahanları başlayır 10:34Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur 10:26Novruz Aslan: İstedadlı bəstəkar, fəal ictimai-siyasi xadim 00:45Sumqayıtda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü 12:11Salyanda yanacaqdoldurma məntəqəsində ölüm 12:06Tuncəlidə 8 PKK terrorçusu zərərsizləşdirilib 12:02Azərbaycan Turizm Bürosu: İran və Rusiya tərəfdən böyük təşəbbüslər var və mütləq şəkildə onlardan istifadə etməliyik 11:57Magistraturaya qəbul olunan bakalavrların nəzərinə! 11:55Deputatlar bu gün toplaşır - Növbədənkənar iclas 10:27Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb 11:16Binəqədidə 6 otaqlı ev yanıb 11:13Meksikada silahlılar özünümüdafiə qüvvələrinə hücum edib, ölənlər var 11:11Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb 10:59DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb 13:13Qonşu ölkədən meyvə ixracı azalır 11:59Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ 11:50Sumqayıtda üçmərtəbəli ticarət mərkəzi yanıb 10:48İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək 10:47Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var 10:44İndoneziya adaları yaxınlığında güclü zəlzələ olub 10:43Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır 10:38Millət vəkili: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir 10:35DİQQƏT: Sabah bu ərazilərdə 40 dərəcə isti olacaq 13:58Prezidentdən dövlət qulluqçularına mühüm mesaj 13:51Deputat: Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır 19:05Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var 18:53Xəzərdə motorlu qayıq dənizdə üzən kişini vurub öldürdü 18:48PA: Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir 18:37Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb 18:25Elnur Əbülfəzoğlu 17:17“Dərzi Mehman” yolunuzu gözləyir! 17:11Milli Məclis daha bir növbədənkənar iclasını keçirdi 16:23Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındı 16:11Eldar Quliyev təltif olundu 13:18Nazirlik Suraxanıda bələdiyyə sədrini 2500 manat cərimələdi - SƏBƏB 10:51"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı 10:48Birinci vitse-prezident Mehriban Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub 10:46Deputat: Azərbaycan uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir 10:43Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: Məni şəriklərim aldadıb 10:41Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF 10:38Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir? 10:35Boris Conson və Ceremi Hant baş nazir postu uğrunda mübarizə aparacaq 10:33Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirildi 10:27Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR 10:25Seyyad Əlizadə və Ayşən Mehdiyeva - Şığıdın düşmən üstünə 16:27