19 apr 19:11siyaset

Elm və təhsil sahəsinə dövlət qayğısı

Elm və təhsil sahəsinə dövlət qayğısı İsa Həbibbəyli,
Akademik, AMEA-nın vitse-prezidenti,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri


Prezident İlham Əliyevin atdığı addımlar razılıq doğurur

Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət etsək, görərik ki, həmin ölkələrin uğurlarının təməlində elmi-texniki tərəqqi dayanır. Dövlət tərəfindən elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmsına xidmət edir. İqtisadiyyatın inkişafının əsasında elmi tərəqqi dayandığından, prioritetlər düzgün seçilməli və onun üzərində işlər müəyyənləşmiş xətt üzrə aparılmalıdır. Elm və təhsilin inkişafı və bu sahədə mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülməkdədir.
Dövlət başçısı İlham Əliyevin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamı bir sıra problematik məsələlərin həllində, elmi tədqiqatların müasir standartlar səviyyəsində qurulmasında, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynadı. Bu gün Azərbaycan elminin beynəlxalq elmi məkanına inteqrasiyası prosesi güclənib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirən növbəti addım oldu. Elmin inkişafını nəzərdə tutan Milli Strategiya Azərbaycan elminin respublikanın iqtisadi inkişafında rolunun artırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsində, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həllində rol oynadı. Artıq Azərbaycanda elmin hüquqi-normativ bazası yaradılıb. Bu və digər sərəncamlar, dövlət proqramlarının icra və tətbiqi Azərbaycan elminin inkişafını sürətləndirir. Bütün bunlarla yanaşı, “Elm haqqında” qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilatı, hüquqi əsaslarını müəyyənləşdirmiş oldu. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin elmi potensialın gücləndirilməsinə yönəlmiş siyasi xəttinin nümunəsidir.
Bu gün Azərbaycanın hər bir regionunda müasir standartlara cavab verən məktəblər inşa olunur, təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması üçün mütəmadi işlər görülür. Azərbaycan təhsil sisteminin modernləşdirilməsi istiqamətində məqsədyönlü islahatlar aparılır. Qəbul olunan dövlət proqramları ölkəmizdə təhsilin yeni, keyfiyyətli inkişafına səbəbdir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində görülən işlər öz nəticəsini verir. Qeyd olunan sənəd çərçivəsində gənclər doktorantura, rezidentura təhsili almaq hüququ qazanıblar. Təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kdr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamtələr üzrə həyata keçirilən islahatlar və tədbirlər uğurla davam etdirilir.
Bütün bunlarla yanaşı, elm və təhsilin inkişafı ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, elm və təhsil sahəsində çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərməsi, məhz dövlətin milli elmin inkişafı istiqamətinə diqqətin yönəldiyinin bariz ifadəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında” Sərəncamı, “Doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” Sərəncamı təhsil sahəsinə dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
İstər son 15 ili, istərsə də son bir ili götürsək, Prezident İlham Əliyevin təhsilə, elmə göstərdiyi yüksək diqqətin şahidi olacağıq.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın dünəni, bu günü və gələcəyi 14:04Yeni Azərbaycan Partiyası niyə və necə yarandı? 13:14Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisi keçiriləcək 12:40Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR 11:27Azərbaycanın və Qazaxıstanın Baş nazirləri iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər 11:22"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb 11:19Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb 11:15Azərbaycan yığması AVRO-2020-də növbəti oyunun keçirib 11:13Çində 11 şaxtaçı dağıntı altında qalıb 11:03IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır 11:00Bakıda zəncirvari qəza - yola dağılan maye sürücülərə çətinlik yaratdı 10:57Hindistanda musson mövsümündə 2400-ə yaxın insan həlak olub 10:36Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olub 14:02Bu gün Milli Məclisin plenar iclası keçiriləcək 11:43Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb 11:39Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər 11:15Bakıda 25 yaşlı qız xalası oğlu ilə sevgili oldu, gizli ev tutub yaşadılar, sonra... 11:11Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək 11:07Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb 10:58IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək - Səfir 10:55Diabetdən qorunmanın YOLLARI: Çox gəzin və boşqabı üç hissəyə bölün 10:51Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın 10:39Baytar həkimin sosial şəbəkələrdə yerləşdirdiyi video-təlimat 400 min baxış toplayıb 10:36Saatlıda əkin sahələri nədən susuz qalıb? 20:50Milli Məclisdə 2020-ci ilin büdcə layihəsi müzakirəyə çıxarıldı 20:39Gənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya Ağayev 20:37Deputat: Azərbaycan və Rusiya prezidentlərinin birgə səyləri ilə hər iki ölkə mehriban qonşuya və strateji tərəfdaşa çevrilib 16:48Deputat: Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir 11:42Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır 11:40Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir? 11:37Bakıda qısqanc ər 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürdü 11:32Yasamalda uşaqlara araq və siqaret satan 4 satıcı tutuldu 11:29Bakıda bir gündə 3 nəfər itkin düşdü - Müəmma 11:25İki alimimizdən BÖYÜK UĞUR 11:21TANAP-in açılacağı tarix məlum oldu - Böyük layihə 11:16Transferlərinə milyonlarla pul xərcləndiyinə peşman edən futbolçular - Eden Hazard, Luka Yoviç... 10:29Uşaqlara sevindirici xəbər - Məşhur cizgi filminin davamı çəkiləcək 10:23Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib 15:50Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb 15:47Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb 12:46Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb 12:44Konstitusiyamız və milli ideologiyamız 12:42Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir 12:40Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb 12:20Los Anceles sinaqoqunda erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz olub 12:13Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü 12:09Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın... 12:05Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA 12:02İnstitut direktoru: İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər 10:25Cəbhədə ERMƏNİ TƏXRİBATI - Snayper və pulemyotlarla... 10:20Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN baş verdi, 10 nəfər... 10:17"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir 10:12İbrahimoviç harda qərar tutacaq? - SON DURUM 10:072020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU 10:04Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək 17:17Prezident İlham Əliyev: Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır 17:11Binalar niyə isinmir? - RƏSMİ CAVAB 17:07Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi 17:06Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu 17:01Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü 12:33