Sizin reklam burada
Sizin reklam burada
  • Elmi Cərrahiyyə Mərkəzi inkişaf dönəmində

    Elmi Cərrahiyyə Mərkəzi inkişaf dönəmində
    Elmi Cərrahiyyə Mərkəzi inkişaf dönəmində
    Yusif Əliyev: “Bizə müraciət edənlər seçimlərində yanılmırlar”


    İnsanların səhiyyə xidmətlərindən razılığı ölkəmizdə ildən-ilə artıq. Azərbaycan Respublikası Prezidentinin tövsiyyələrinə uyğun olaraq, bölgə və paytaxtda baş tutan qəbullara gələnlərin sayı əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Bu da görülən işlərin nəticəsidir.
    Respublikamızda həyata keçirilən kompleks qabaqlayıcı tədbirlər 2017-ci ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb.
    Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir qismidir. Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər də var. Ölkə prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020”: Gələcəyə baxış “İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması, islahatlar nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq. Ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaq.
    Müqəddəs sayılan peşələrdən biri də həkim peşəsidir. Sağlam həyatımızın qarantı olan ağxalatlılara nədənsə cəmiyyətdə heç də daim birmənalı münasibət olmayıb. Onların işindən razı qalanlar da olub, narazılıq edənlər də. Əslində həmin tendensiya bu gün də davam edir. Bu, başadüşüləndir və etiraf edək ki, həkim səhvləri ilə indi də bəzən rastlaşırıq. Amma ədalət naminə deyək ki, belə hallara peşəkar həkimlərimiz yol vermirlər.
    Elmi Cərrahiyyə Mərkəzi inkişaf dönəmində
    Bütün bunlar barədə M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Yusif Əliyevlə söhbətləşdik.
    Geniş dünyagörüşünə, zəngin praktikaya malik bu ziyalı insanın ömür tarixçəsi də bizlərə çox məsələləri anladır. Yəni, belələri gərgin zəhmət bahasına, yuxusuz gecələr hesabına, öz intellektlərinin gücünə həyatda irəliləyə bilirlər. Gəlin, Yusif həkimin avtobioqrafiyasına birlikdə nəzər salaq.
    Əliyev Yusif Qamət oğlu 08 iyul 1967-ci ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. 1974-1984-cü illərdə Toxlucu kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olub.
    1986-1988-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə Azərbaycan Tibb Universitetini “Lenin təqaüdü” və fərqlənmə diplomu ilə bitirib. 1992-1994-cü illərdə ATU-nun III cərrahi xəstəliklər kafedrasında kliniki ordinaturanı bitirib. 2012-2014-cü illərdə Rusiya Xalqlar Dostluğu Universitetində (Rusiya Federasiyası, Moskva) “Cərrahiyyə” ixtisası üzrə doktoranturanı uğurla başa vurub. 1998-ci ildə “Eksperimental” peritonitin gedişində müsariqə limfa düyünlərinin morfofunksional vəziyyəti və onların tənzimlənmə yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alıb.
    2014-cü ildə “хирургическое лечение больних с заболеваниями желчевыводящих путей» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru, alimlik dərəcəsinə yüksəlib. 1997-2012-ci illərdə ATU-nun III cərrahi xəstəliklər kafedrasında assisent vəzifəsində, 2012-2014-cü illərdə isə ATU-nun III cərrahi xəstəliklər kafedrasında dosent vəzifəsində çalışıb. 2002-2013-cü illərdə M.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyib.
    2013-cü ildən indiyə qədər ATU-nun II cərrahi xəstəliklər kafedrasında dosent vəzifəsində çalışır. 2013-cü ildən eyni zamanda akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkim vəzifəsinə təyin edilib.
    Yusif Əliyev bir monoqrafiya, bir dərslik, iki ixtira, 100-dən çox elmi məqalənin müəllifi, ESM-in Elmi Şurasının üzvüdür.
    Söhbətimizin sonunda Yusif həkim dedi:
    - Ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün bütün imkanlar var. Elə götürək bizim Elmi Cərrahiyyə Mərkəzini. Bilirsiniz ki, bir neçə il əvvəl xəstəxana əsaslı təmir edildi. Açılışa dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qatıldılar. Təmirdən sonra mərkəz ən müasir avadanlıqlarla təchiz olundu.
    Deyim ki, kollektivimizdə kifayət qədər adlı-sanlı həkimlər işləyir. 700 nəfərə qədər tibbi-texniki personalın çalışdığı bu səhiyyə müəssisəsində hər il uşaq və böyüklər üzərində 700-dən çox ürək əməliyyatları aparılır. Bunu da qürurla söyləmək olar ki, son illər Azərbaycan səhiyyəsinin sürətlə inkişaf edən sahələrindən biri də kardio-cərrahiyyə sahəsidir. Əlavə olaraq onu deyim ki, bizim tibb müəssisəsində konsultativ poliklinika, qəbul şöbəsi, endokrin cərrahiyyə, qida borusu, 12 barmaq bağırsaq cərrahiyyəsi, öd yolları cərrahiyyəsi, laboratoriyalar, funksional dioqnostika və digər şöbələr fəaliyyət göstərir. Əminliklə deyə bilərəm ki, bizə müraciət edənlər seçimlərində yanılırlar.

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ