Sizin reklam burada
Sizin reklam burada
  • Bu il 40 minə yaxın donordan 18884,1 litr qan tədarük olunub

    Bu il 40 minə yaxın donordan 18884,1 litr qan tədarük olunub Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
    Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük olunub. Keçirilən 177 qanvermə aksiyasında 39756 nəfər donor iştirak edib.
    Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanıb. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq. Talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmək, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır. Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ