11 may 12:34sehiyye

“O həblər ölümə də səbəb olur” – DİETOLOQDAN XƏBƏRDARLIQ

“O həblər ölümə də səbəb olur” – DİETOLOQDAN XƏBƏRDARLIQ “Xüsusi arıqlama gellərinin və qidaların tərkibində sağlamlığa ciddi şəkildə ziyan vuran maddələr var. Onlar sadə dillə desək, qaş düzəltmək yerinə, göz də çıxarırlar. Artıq çəkidən azad olmaq istəyən insanların böyük əksəriyyəti bunlardan istifadə edib əks təsirlərini və fəsadlarını görüblər”.
Bunu Ailem.az-a açıqlamasında tanınmış dietoloq Leyla Zülfüqarlı deyib. Arıqlamaq üçün müxtəlif çaylar, kokteyllər, həblərdən istifadədən danışan mütəxəssis insanların arıqlamaq əvəzinə xəstəliklərə düçar olduğunu bildirir. L. Zülfüqarlı yalnız yeməyi azaltmaqla arıqlamağın mümkün olduğunu vurğulayır: “Elə pasientlərim var ki, arıqlamaq adı ilə başqa vasitələrə müraciət ediblər. Arıqlamaq özfəaliyyət olmalı deyil. Bu, insan fiziologiyasıdır, ciddi müalicə tələb edir. Bir insanı arıqladarkən biz onu, orqanizmini müalicə edirik. Bədəndə o qədər hormonlar var ki. Onların hər biri əslində müalicə olunur. Amma gel, çay, kofe və s. kimi guya arıqladan vasitələr arıqlatmaq əvəzinə insanlarda xəstəliklər əmələ gətirir. Məsələn, onların tərkibində xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan maddələr var. Zaman-zaman arıqladan həblərdən istifadə hətta ölümlə nəticələnib. Biz bu barədə çox danışırıq. Lakin insanlar arıqlamaq istərkən başqa şeylərdən əziyyət çəkirlər”.
Dietoloq deyir ki, arıqlama tərkibli gellərin tərkibi açıqlanmır. Lakin arıqladan həblərin tərkibindəki maddələr iştahanı kəsir və insan yemək istəmir. İştahanın kəsilməsi isə artıq ciddi problemin olduğunu etiraf etməkdir: “İnsanın normal fiziologiyasında iştaha, yemək istəyi olmalıdır. Tanrı bizi belə yaradıb. İnsanın iştahası olmalıdır ki, yemək yesin. İşhatadan kəsiləndə insan orqanizmində olan insulin hormonu çoxalır. Bir adam nə zamana qədər yemək yeməyə bilər? Hormonların çökən vaxtı olacaq. İnsanın bədənində yağ parçalanmalıdır ki, arıqlasın. Qida ilə kökəliriksə, demək, qida ilə arıqlamalıyıq. Bədəndəki yağları biz yalnız qidalarla parçalaya bilərik. Düzgün qidaların bir-birilə əlaqəsi nəticəsində artıq çəkidən azad olmaq mümkündür. Bu cür arıqladan qidaları axtarmayın. Arıqlamaq düzgün qidalanmaqla başlayır”.
Sirr deyil ki, son zamanlar dietoloqlar arıqlama proqramına müxtəlif kokteyllər də daxil edirlər. Mütəxəssis iddia edir ki, arıqlamaq üçün kokteylləri yalnız qeyri-peşəkarlar məsləhət görür: “Qidalanma nəzəriyyəsini bilməyən insanlar bu istiqamətdə arıqlatmağa üstünlük verirlər. Arıqlada bilməyən dietoloqlar kokteyllərdən yapışırlar. Demək o insanlar dieotloq deyil ki, kokteyllərlə işləyir. Hər kəs özfəaliyyət şəkildə bu kokteyllərdən alıb içir. Reklam edirlər ki, arıqlayacaqsınız, insanlar da alıb içir. Arıqladan kokteyl, dərman, çay, həb və s. belə şeylər yoxdur. Arıqlamaq qidaların bir-biri ilə əlaqəsindən başlayır. Kokteyllər sadəcə biznes maraqlarıdır. İnsanlar bununla pul qazanırlar. Ona görə də siz aldanmayın”.
Kokteyllərin protein tozlarından hazırlandığını xatırladan dietoloq bu kimi vasitələrin süni qidalar qrupuna aid olduğunu deyir. Süni qidalarsa orqanizm üçün zərərlidir: “Orqanizm üçün lazım olan qidalar zülal tərkibli qidalardır. Bu da təbii zülal deyil, sadəcə tozlarıdır, ora müəyyən qatqılar edirlər. Hər bir qidanın qida təhlükəsizliyi var, yəni saxlanma müddəti. 1-2 sutka qida qalırsa, deməli, o, konservantdır. Biz orqanizmimizi konservantla yükləməməliyik. Kokteyllər isə süni qidalardır”.

Ümidə QƏHRƏMAN
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb 13:09Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər 12:57Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb 12:50Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq 12:45"Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa imkan verə bilər" 12:40DİN sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib - VİDEO 12:36Dövlət bu kriteriyalara cavab verən sahibkarlara dəstək göstərəcək 12:30Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb 12:25"Hər kəs tək özünü yox, yaxınlarının, xalqının gələcəyini düşünməlidir"-Deputat 12:11Mübariz 12:01Prezidentin köməkçisi: “Karantin sanatoriya deyil” 20:44Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir? 20:40Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var 20:32Azərbaycan Ordusu düşmənin hərbi qulluqçusunu məhv etdi 12:18Böyük Britaniyada karantin elan edildi 12:11Rayon qeydiyyatlı şəxslər Bakıdakı işinə dönə biləcək? - AÇIQLAMA 11:30Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO 11:23İbrahim Məmmədov: “Səfərbərlik məsələsi hökumətin gündəliyindədir" 11:14Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələri 11:06Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏR 10:55Azərbaycanda xüsusi karantin rejimi elan edildi - Bu şəxslərin küçəyə çıxması qadağan olundu 21:26Nazir: “Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək” 21:19Azərbaycanda onlara evdən çıxmaq qadağan edildi 21:16