26 apr 13:36sehiyye

Səhiyyə Nazirliyi: "Həkimlərin döyülməsi tərbiyəsizlikdir"

Səhiyyə Nazirliyi: "Həkimlərin döyülməsi tərbiyəsizlikdir" Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının işçiləri - tibb bacısı və sürücünün dünyasını dəyişən xəstənin yaxınları tərəfindən döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, təcili yardım işçiləri dəfələrlə döyülür: "Həkimlərin də qorunmaq haqqı var. Dəfələrlə olub ki, xəstə üstünə gedən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları onların yaxınları tərəfindən döyülüb. Bu hallara son qoyulmalıdır”.
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi Mirələm Cəlalov isə təcili yardım işçilərinə qarşı bu cür davranışları tərbiyəsizlik adlandırıb. Lent.az-a açıqlama verən M. Cəlalov qeyd edib ki, adətən həkimlər xəstənin yaxınları həkimlərlə mübahisə edəndə yola verməyə çalışırlar: "Elə də olur ki, şəxs içkili olur və ya məsələyə adekvat yanaşmır. Təbii ki, həkimlərin döyülməsi məsələsinə münasibət pis olmalıdır. Bu cür hallarda hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.
M.Cəlalov bildirib ki, təcili yardıma daxil olan müraciətlərin 60-70%-i əlaqəsiz çağırışlardır: “Belə hallarda da həkim bilmir nə etsin. Bəzən də həkim çağırış yerinə gecikir deyə yaxınların qəzəbinə tuş gəlir. Anlamaq lazımdır ki, həkim başqa çağırışda ola bilər. Yollarda tıxacı, briqada çatışmazlığını nəzərə almalıdırlar. Hər bir şey ola bilər. Həkim təyyarə ilə gəlmir ki? Həkim onun xəstəsinə şəfa vermək üçün gəlirsə, ailə də tərbiyəsizlik edib onu döyürsə, bu, düzgün deyil. XXI əsrdə yaşayırıq. Heç bir yerdə belə şey yoxdur. Dərəybəylik deyil ki, kim istəsə həkimi döysün”.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə isə deyib ki, dünən dünyasını dəyişən şəxs xroniki onkoloji xəstəlikdən əziyyət çəkib və ömrünün nə qədər qaldığı da bəlli olmayıb: "Xəstənin durumu günortadan bəri pisləşsə də, ailə təcili yardımı axşam saat 9 radələrində çağırıb. Ailə özü də etiraf edib ki, xəstənin durumu günortadan pisləşib. Həkim xəstəni müayinə etdikdən sonra onun çox ağır vəziyyətdə olduğunu deyib və bir qədər vəziyyəti yüngülləşsin deyə yardım göstərməyə başlayıb. Bir az keçəndən sonra xəstə dünyasını dəyişib. Həkim xəstənin vəziyyətinin çox ağır olduğunu, bu xəstəliyin dünyada müalicəsinin olmadığını izah etməyə çalışsa da, yaxınları başa düşməyiblər. Onlar elə düşünür ki, təcili yardım gəldisə, xəstəni 15-20 dəqiqəyə tam sağaltmalı və ayağa qaldırmalıdır".
M. Mirzəzadə deyib ki, dünyasının dəyişən şəxsin yaxınları tərəfindən döyülən tibb bacısının qaş nahiyəsinə tikiş qoyulub: "Onun hematoması da var. Sürücü də 220 yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib. Bundan başqa, xəstənin yaxınları maşına da zərər yetiriblər. Bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik və hamısını qeydə alıblar. Hazırda bu məsələ araşdırılır. Belə hallarla bir həftədən bir rastlaşırıq".
Qeyd edək ki, ötən gecə "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Xəstənin yaxınları stansiya əməkdaşlarının vurduğu iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb 13:09Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər 12:57Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb 12:50Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq 12:45"Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa imkan verə bilər" 12:40DİN sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib - VİDEO 12:36Dövlət bu kriteriyalara cavab verən sahibkarlara dəstək göstərəcək 12:30Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb 12:25"Hər kəs tək özünü yox, yaxınlarının, xalqının gələcəyini düşünməlidir"-Deputat 12:11Mübariz 12:01Prezidentin köməkçisi: “Karantin sanatoriya deyil” 20:44Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir? 20:40Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var 20:32Azərbaycan Ordusu düşmənin hərbi qulluqçusunu məhv etdi 12:18Böyük Britaniyada karantin elan edildi 12:11Rayon qeydiyyatlı şəxslər Bakıdakı işinə dönə biləcək? - AÇIQLAMA 11:30Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO 11:23İbrahim Məmmədov: “Səfərbərlik məsələsi hökumətin gündəliyindədir" 11:14Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələri 11:06Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏR 10:55Azərbaycanda xüsusi karantin rejimi elan edildi - Bu şəxslərin küçəyə çıxması qadağan olundu 21:26Nazir: “Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək” 21:19Azərbaycanda onlara evdən çıxmaq qadağan edildi 21:16