Sizin reklam burada
Sizin reklam burada

Tibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyik

Tibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyik İltizam Yusifov
millət vəkili

Vətəndaşların böyük səbirsizliklə gözlədiyi Icbari Tibbi Sığorta layihənin tətbiqi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına uyğun olaraq 2021-ci ildən bütün ölkə ərazisində təmin olunacaq.
Məlumat üçün bildirək ki, 1 yanvar 2020-ci il tarixindən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikası ilə birlikdə 23 rayon və şəhərdə tətbiq edilir.
1 yanvar 2021-ci il tarixindən ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul da icbari tibbi sığorta sisteminə qoşulub.
Sonuncu üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq. Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.
Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.
Siğortanın tətbiqi ilə bağlı bir neçə gün əvvəl Şirvan Şəhər Mərkəzi xəstəxanasında və Şirvan Diaqnostika mərkəzində oldum. Tibbi siğortanın tətbiqi ilə bağlı sözü gedən tibb müəssisələrinin TƏBİB-in tələblərinə uyğünlaşdırılması və insanlara keyfiyyətli tibbi xidmət göstərilməsi ilə bağlı aparılan işlərlə tanış oldum. Hər 2 Tibb müəssisəsində işlər gedir və ümumilikdə görülən işlər qənaətbəxşdir. Sözsüz ki, bütün işlərin başlanğıcı çətin olur, problemlər olur, lakin hesab edirəm ki, tezliklə bütün bu çətinliklər, problemlər öz həllini tapacaq və bütün sivil ölkələrdə olduğu kimi Tibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyik.
Mən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının və Şirvan Diaqnostika Mərkəzinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm və bütün həkimlərimizə uğurlar arzulayıram.
Tibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyikTibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyikTibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyikTibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyikTibbi siğorta sistemindən istifadə edərək əhalinin sağlamlığının qorunması sahəsində də uğurlar əldə edəcəyik

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ