Sizin reklam burada
Sizin reklam burada
  • Sahibə Qafarova: “Koronavirusa qarşı mübarizə ümumxalq işidir və hamımız bu mübarizədə fəal iştirak etməliyik”

    Sahibə Qafarova: “Koronavirusa qarşı mübarizə ümumxalq işidir və hamımız bu mübarizədə fəal iştirak etməliyik” "Koronavirusa qarşı mübarizə ümumxalq işidir. Biz hamımız bu mübarizədə fəal iştirak etməliyik". Bunu noyabrın 24-də keçirilən Milli Məclisin növbəti plenar iclasında parlamentin Sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib. Virusun yayılması sürətlə yüksəlib, yoluxan insanların sayı artıb. Spiker bildirib ki, Milli Məclisin bir sıra deputatları da koronavirusa yoluxub: "Mən bütün xəstələrimizə şəfa diləyirəm".
    Sahibə Qafarova deputatlara xitabən deyib ki, "Sizdən xahiş və tələb edirəm ki, xəstəlikdən qorunmaq üçün verilən bütün tövsiyə və göstərişləri yerinə yetirin, o cümlədən sanitariya-gigiyena qaydalarına ciddi əməl edin. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir".
    Sədr Sahibə Qafarova bildirib ki, bu sessiyada Milli Məclisdə dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul edilməlidir.
    Parlamentin Sədri Milli Məclisin fəaliyyətini işıqlandıran media təmsilçilərindən də xahiş edib ki, xəstəliyin yayılmasının qarşısını almağa, infeksiyadan qorunmağa kömək edən qaydalara ciddi riayət etsinlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ