19 mar 19:36sehiyye

Nuran Abdullayev: “Azərbaycandakı profilaktik tədbirlər alqışa layiqdir”

Nuran Abdullayev: “Azərbaycandakı profilaktik tədbirlər alqışa layiqdir” Tibb elmləri doktoru: "Bu, tədbirlər ölkə əhalisinin sağlamlığına hesablanıb”

Yeni növ koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, 2019-cu ilin dekabrında Çində baş qaldırmış COVİD-19 artıq 166 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 198 543 nəfər yoluxub (326 yeni yoluxma). Onlardan 7988 nəfər ölüb, 82 779 nəfər isə sağalıb (1 100 yeni sağalanlar). ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində sözügedən beynəlxalq təşkilatın tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində də bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, mühüm qərarlar qəbul edilib. O cümlədən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Ölkəmizdə hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın və Səhiyyə Nazirliyinin yaydığı başqa bir məlumata görə, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir. Dünyada yayılan yeni növ koronavirus infeksiyası, buna qarşı mübarizə tədbirləri, ölkəmizdəki vəziyyət və sair məsələlərlə bağlı suallarımızı Almaniya Azərbaycan Radiologiya və Neyroradiologiya cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev cavablandırır.
- Nuran həkim, COVİD-19 infeksiyası bütün dünyada yayılıb. Bu xəstəliyə qarşı bütün ölkələrdə, o cümlədən Azərbaycanda ciddi mübarizə tədbirləri görülməkdədir. Bununla bağlı ölkəmizdəki vəziyyəti necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, Azərbaycan həddindən artıq çox həssas bir dönəmə daxil olur. Amerika və Avropanın belə çıxılmaz vəziyyətdə qaldığı, daha doğrusu, inkişaf etmiş ölkələrin belə, nələr baş verəcəyini bilmədiyi bir haldır. Bu vəziyyətdə səhiyyə sistemləri artıq bu günə qədər məlum olan təcrübələrdən istifadə edib addımlar atırlar. Hansı ki, o təcrübələr də kifayət qədər deyil. Qeyd etdiyim addımlara gəlincə, heç bir ölkədə, eləcə də Almaniyada verilən qərarlar və görülən tədbirlər dəqiq proqnoza əsaslanmır. Çünki həqiqətən virus yenidir və heç kim nə olacağını bilmir. Amma bu, o demək deyil ki, oturub nə olacağını gözləmək lazımdır. Burada konkret olaraq xəstə və ölüm sayısı çox olan ölkələrin təcrübələri, daha doğrusu, harada səhvə yol verdikləri təhlil edilir, o səhvlər buraxılmamağa çalışılır. Atılan hər bir addım ən pis senariyə hesablanmış qərarlardan doğur. Konkret olaraq təcrübələrə gəldikdə isə onu demək vacibdir ki, ölüm sayı çox olan və xəstəliyin çox sürətlə yayıldığı ölkələrə baxdıqda, buraxılan bir neçə ortaq səhvlərə rast gəlinir.
- Nədən ibarətdir həmin səhvlər?
- Həmin səhvlər ilk növbədə bu ölkələrin xəstəliyi zamanında ciddiyə almaması, heç bir tədbir görməməsidir. Yaxud, bu ölkələr ilk başda viruslu xəstələrin rəsmi sayını azaltmağa çalışıblar. Artıq İtaliyada rəsmi raporlar açıqlanmağa başlanılır. Həmin raporları – hesabatları incələdikcə aydın olur ki, onlar xəstəliyin birdən birə bu qədər sayının artmasını göz önünə almayıblar. Ölkənin tibbi xidməti öz fəaliyyətinə normal davam edib, planlı əməliyyatlar və müayinələrin hamısı icra olunub. Nəticədə viruslu xəstələrin sayı artdıqca ümumi vəziyyəti ağırlaşan xəstələrin də sayı artıb. Onlara tibbi yardımın göstərilməsi üçün müvafiq intensiv-reanimasiya şöbələrində xüsusi yerlər məhdudlaşıb və nəticədə ümumi səhiyyə sistemi yüklənib. Beləliklə də virusa nəzarət əldən çıxıb, xəstəxana daxili və xarici virusun əhali arasında çox tez yayılması baş verib. İtaliya təcrübəsindən gələn daha bir vacib məqam odur ki, viruslu bütün xəstələri xəstəxanalara yığıb ümumi sistemi yükə salmaq düzgün deyil. Burada xəstənin klinik vəziyyəti dəqiq dəyərləndirilib ona uyğun ev karantini və ya xəstəxanada nəzarət qərarı verilməlidir. Almaniyada da ümumi vəziyyət ən pis ssenariyə hesablanmış tədbirlər və qərarlarla idarə olunur. Son günlər Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin verdiyi qərarlar və onlardan doğan bütün profilaktik tədbirlər həqiqətən alqışa layiqdir. Bu, birbaşa Azərbaycan xalqının sağlamlığına və maksimum sağlam qalmasına hesablanmış qərarlardır.
- ÜST, həmçinin ayrı-ayrı dövlətlər tərəfindən hər gün koronavirusa yoluxanların, eləcə də bu xəstəlikdən dünyasını dəyişənlərin, sağalanların statistik sayı açıqlanır. Sizcə, bu statistika reallığı tam ifadə edirmi? Bunlara nə dərəcədə inanmaq olar?
- Reallıq bundan ibarətdir ki, bütün ölkələrdə verilən rəsmi sayların hamısı doğru ola bilməz. Ən son elmi araşdırmaların gəldiyi qənaətə görə, təxminən 5 viruslu xəstənin 4-də simptomlar o qədər yüngül olur ki, onlardan hamısı həkimə müraciət edib rəsmi qeydiyyata alınmır. 5 viruslu xəstədən minimum 1 nəfər qeydə alınır. İndi siz düşünün, belə olduğu halda nə cür ola bilər ki, bütün rəsmi statistik saylar doğru olsun? Buna görə də bütün ölkələrdə fərqli elmi institutlar müxtəlif ssenarilərə əsasən statistika hazırlayırlar. Maraqlısı odur ki, bu statistikaları pozacaq müxtəlif amillər var. Məsələn, İran İslam Respublikasının Şərif Universitetinin verdiyi statistikaya əsasən, əgər İran bütün tədbirləri maksimum səviyyədə görərsə, o zaman 1 həftə sonra İranda Pandemiya özünün maksimum səviyyəsinə çatacaq, ölənlərin sayı 10000 üzərində olacaq. Amma İranda xalqın verilən qərarları sadəcə görməməzlikdən gəlməsi və karantin tədbirlərini ciddiyə almaması, artıq vəziyyəti kifayət qədər ciddiləşdirir. Bundan başqa, buraya dərman və tibbi ləvazımatların çatışmamazlığı əlavə olunarsa, pandemiya özünün maksimum səviyyəsinə may ayının sonunda çatmış olacaq. Tehran alimlərinin fikrincə, bu zaman ölənlərin sayı 3 milyonun üzərində ola bilər. Hazırda İran rəsmi rəqəmlərə görə Çin və İtaliyadan sonra üçüncü olsa da qeyri rəsmi saylar rəqəmlərin çox yüksək olduğunu göstərir. Növbəti misalı İngiltərə ilə əlaqədar çəkmək olar. Beləki, ölkə siyasəti ilk öncə virusla ona qarşı ön tədbirlər görmədən, yəni yayılmasının qarşısını almayaraq mübarizə siyasəti seçmişdi. Ümid edirdi ki, insanlarda yaranacaq imunitetlə virusa güc gələ biləcəklər. Amma İmperial-College İtaliyadan olan datalarla apardığı hesablamalara görə bildirdi ki, əgər İngiltərə və ABŞ mübarizəni bu səviyyədə aparsa virus İngiltərədə 250.000, Amerikada 1.2 milyon insanın ömrünə son qoyacaq. Artıq dünəndən İngiltərə virusla siyasətini dəyişib. Xəstəliyin qarşısını virusu daha da yayılmağa qoymamaqla aldığına görə, ölkədə pandemiyanın maksimum səviyyəsində ola biləcək xəstə sayını iki dəfə azaldıb. Bu da onu göstərir ki, Azərbaycanın da virusla mübarizədə tutduğu bugünkü strategiya çox doğru yoldur. Əminəm ki, bu üsul ölkədə pandemiyanın yayılmasının qarşısını almağa böyük kömək edəcək.
- Bəzən sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar yayılır, süni ajiotaj yaratmağa cəhdlər edilir, koronavirusla mübarizə tədbirlərinə lağ-lağı yanaşılır. Belə halları necə qiymətləndirirsiniz?
- Statistikanı aparan rəsmi qurumlar və ya institutlar açıqlamaları, məlumatları insanlara açıq paylaşmalıdırlar. Əks halda bu, xalqın zaman-zaman narahatçılığına səbəb ola bilər. Sosial şəbəkələrdə yayılan və doğru olmayan rəqəmlər milləti təlaşa sala bilər. Düşünürəm burada ən doğru siyasət millətlə açıq danışmaq, işin ciddiyətini və mahiyyətini hər yenilənən saat onlara hər vasitə ilə çatdırmaqdır. Hər bir şeyin heç də qərarlardan deyil, eyni zamanda qərarlar qədər vacib olan şəxsi iradədən də asılı olduğunu insanlara çatdırmaq lazımdır. Təxribat xarakterli və eyni zamanda insanları təlaşa salacaq və ya onları təlaşa salmayacaq yalan məlumatları yayan insanlar indiki mərhələdə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu, Avropa ölkələrində də belədir.

Rufik İSMAYILOV
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Koronavirusdan necə qorunmalıyıq? 23:15Prezidentdən sahibkarlara XƏBƏRDARLIQ: Kimsə vəzifədə olan dostlara arxalanırsa... 20:29Müxtəlif dövlət qurumları mənə fərqli rəqəmlər təqdim edib - İlham Əliyev 20:25Azərbaycanda koronavirusla bağlı əhalini təşvişə salan şəxs psixiatriya xəstəxanasına yerləşdirildi - RƏSMİ 20:21Azərbaycanda inanılmaz hadisə - Evdən 1,2 milyon pul apardılar 20:16“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir 20:10Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ 20:00Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... 19:56Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər - Nazirdən AÇIQLAMA 19:50Deputat karantində olan azərbaycanlılara dəstək olan fermerə təşəkkür etdi 19:45Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir 19:38İqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etdi 19:52Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək 14:0065 yaş qadağası deputatlara şamil ediləcək? - QANUN 13:59Azərbaycanda bu obyektlərin FƏALİYYƏTİ DAYANDIRILDI - SİYAHI 13:56İtaliyadan DƏHŞƏTLİ XƏBƏR – 6 mindən çox həkim... 13:54ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək 13:52Fermerlərin məhsullarını daşımalarında problem yoxdur - AÇIQLAMA 13:50Uşaqlar üçün dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin - Valideynlər üçün tövsiyə 13:49Səudiyyə Ərəbistanında tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib 13:49Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər 13:49Dövlət Komitəsi Bərdədə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb 13:48Millət vəkili Eldar Quliyev Azərbaycan Respublikası Prezidentinin çağırışına dəstək olaraq Bilgəh və Maştağa qəsəbələrində yaşayan tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşmək məqsədiylə 12 ailəyə baş çəkib 00:20"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31