Sizin reklam burada
Sizin reklam burada
  • 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb

    4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb.
    Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.
    RMDM-dən verilən məlumata görə, nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.
    RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ