Sizin reklam burada
Sizin reklam burada
  • Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb

    Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatına layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə "Tiyatro için Emek Ödülü" mükafatı təqdim edilib. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Canangir Novruzov bu mükafata Adana Teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb.
    Mükafatın “Halk Jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
    Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ