Sizin reklam burada
Sizin reklam burada

“AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI

“AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyiAzərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqlar yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya,Vətənəməhəbbət hisslərini artırmağa xidmət,həmçinin rəşadətli Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur:

Yaşı 21-ə qədər olan hər kəs Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda(https://www.facebook.com/groups/144172178999749/?ref=share) 1 və ya 2 əsərinin fotosu ilə bərabər ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə 2021-ci ilin may ayının 2-dəkmüsabiqəyə qatıla bilər
 Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası
 Mövzu sərbəstdir
 Uşaqların ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək.
 Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
 Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
 Öncə sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
 Festivalda xarici ölkəvətəndaşları da iştirak edəbilər.
 Müsabiqə seçimlərindən narazı olan (müəllim, valideyn və şagird) seçimlərın elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] e-mail ünvanına müraciət edə bilər vətəyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə canlı rəsm çəkməklə özünü təsdiq edə bilər.
 Əlavə suallara 0513107401 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.
Əsəri sərgidə nümayiş olunan müəlliflər diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq .

Hər yaş qrupu üzrəən yaxşı 10 əsərin müəllififestivala dəvət olunacaq.
Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlanfırılacaq.
Mükafatlandırma fondu:
16-21 yaş üçün
I yer – Artcreationyağlı boya dəsti (12x40ml)
II yer– Taxtamolbert
III yer – Artcreation yağlıboyadəsti (24x12ml)
Həvəsləndiricimükafat 8 nəfər – Artcreationyağlıboyadəsti (8x12ml)

11-16 yaşarası
I yer– Taxtamolbert
II yer – Artcreationakrildəsti (24x12ml)
III yer – Artcreationsuluboyadəsti (12x12ml)
Həvəsləndiricimükafat 8 nəfər – Artcreationakrildəsti (8x12ml)

11 yaşa qədər
I yer – Taxtamolbert (balacalarüçün)
II yer – Akrildəsti (12x12ml)
III yer –Artcreationsuluboyadəsti(8x12ml)
Həvəsləndiricimükafat 8 nəfər – Artcreationsuluboyadəsti(6x10ml)

• Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək
11:30 – Furşet
12:00 – Muzeyə getmək
14:00 – Günorta yeməyi
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı

Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti,Edümap,Eduonline.az,Frame.az və Tanışolaq jurnalıdır.

Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens” in Artcreation brendidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ