Sizin reklam burada
Sizin reklam burada

Od çərşənbəniz mübarək!

Od çərşənbəniz mübarək! Bu gün ikinci çərşənbə - Od çərşənbəsidir.
Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırmaq lazımdır.
Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Unutmayaq ki,Azərbaycanımız odlar ölkəsidir.
Çünki Zərdüşt peyğəmbər tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.
Əzizlərim Od çərşənbəsi günü müxtəlif xörəklər bişirilməli və şirniyyatlar süfrəyə düzülməlidir.
İnanclara görə, bu, süfrənizin bol,ruzili bərəkətli olması, ilinizin xoş keçməsinə səbəb olur.
Od çərşənbəniz mübarək!

Mübariz

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ