Sizin reklam burada
Sizin reklam burada

Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub

Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub Mədəniyyət Nazirliyinin Gəncə, Ağstafa və Kürdəmir regional mədəniyyət idarələrinə yeni kadr təyinatları həyata keçirilib.
Bu barədə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, Faiq Elman oğlu Xudanlı isə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ