Sizin reklam burada
Sizin reklam burada
  • Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdı

    Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun hissəsləri 25-26 dekabr 2019-cu il tarixlərində Xətai Sənət Mərkəzində baş tutdu.
    Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyətindən danışdı. Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi iştirakçılarını salamladı və onlarla birlikdə bu tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu qeyd etdi. Tədbir hər bir balaca rəssama diplom təltif etmə mərasimi ilə başa çatdı.
    Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər.
    Şərtlərimizə uyğun olaraq, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götülməklə, ən əsası ən az müdaxilə (müəllim və valideynlər) olunmuş əsərlər, həmçinin, əvvəlcə təqdim olunmamış əsərləri seçməyə çalışmışıq.
    25-26 dekabr 2019-cu il tarixlərində sərgilənmək üçün seçilmiş 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyasında iki gün mütənasib olaraq, 170 və 180 uşaq hər birinin 1 əsəri ilə Xətai Sənət Mərkəzinə dəvət olunub.
    Müsabiqədə ən azı 4 üzvü ilə təmsil olunan tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.), o cümlədən, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət mərkəzi, 1 Nömrəli UGİM, 183 saylı körpələr evi-uşaq bağçası, Şamaxı ş. Incəsənət Təhsili Mərkəzi Ressamlıq şöbəsi, 4 nömrəli UİM, 2 nömrəli UGİM, 2 nömrəli Xüsusi İnternat Məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq şöbəsi, Gəncə ş. UİM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Əhməd Bakıxanov adına UİM, İsmayıllı r. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəb, Şirvan Dövlət Rəsm Qalereyası,
    Şəki şəhəri UİM, Göyərçin rəsm kursu, Balaxanı Mədəniyyət evi, 2 saylı İncəsənət məktəbi,
    147 saylı texniki humanitar liseyi, 58 nömrəli məktəb, Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbi, Nizami tədris mərkəzi, Respublika UGİM təşəkkürnamə ilə təltif olunacaq, əsəri
    sərgilənən müəlliflər diplomla təltif olunacaq.
    Mükafat fondu olaraq müsabiqədə ən çox əsəri ilə təmsil olunan tədris mərkəzi kimi Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi Xətai Sənət Mərkəzində kollektiv sərgisini keçirmək şansı qazanıb.
    İkinci mükafat fondu olaraq sərgidən ən yaxşı əsərlərin müəllifləri özünün 5 əsəri ilə kollektiv sərgiyə dəvət olunacaq və həmin gün plener zamanı ərsəyə gətirdiyi bir əsəri ilə sərgi plenerdə iştirak etmək şansı qazanacaq.
    Qeyd: Müsabiqəyə www.xsm.az saytında tədbirlər bölümündəki “DOĞMA DİYAR” afişasına toxunmaqla və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

    Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdıXətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi sona çatdı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ