05 sen 16:44medeniyyet

İstanbulda Sakit Məmmədovun böyük sərgisi açılıb

İstanbulda Sakit Məmmədovun böyük sərgisi açılıb Azərbaycanın görkəmli rəssamı, İngiltərə Kraliçası II Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustası Sakit Məmmədovun əsərləri "SOCAR Türkiyə"nin dəstəyi ilə İstanbul sənətsevərlərinin qarşısına çıxdı.
"SOCAR Türkiyə"dən verilən məlumata görə, opalizm üslubunun əsasını qoyan məşhur rəssamın əsərləri 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında “Tophane-i Amire Kültür ve Sanat Merkezi”ndə (Mədəniyyət və İncəsənət Mərkəzində) nümayiş olunacaq.
Azərbaycan və Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərini iqtisadiyyatdan sosial və mədəni sahələrə də daşıyan "SOCAR Türkiyə" Sakit Məmmədovun İstanbuldakı sərgisi ilə incəsənətə verdiyi dəstəyi davam etdirir. Azərbaycanın ən tanınmış rəssamlarından biri olan Sakit Məmmədovun "Opalizm" adlı sərgisini 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında İstanbulda “Tophane-i Amire Kültür ve Sanat Merkezi”nin “Beş Kubbe” zalında ziyarət etmək olar. "SOCAR Türkiyə"nin sponsorluğu və Murat Pilevnelinin koordinatorluğu ilə təşkil edilən sərgidə 160-dan çox əsər nümayiş olunur. Girişi pulsuz olan sərgidə nümayiş etdirilən tablolar, habelə özünəməxsusluğu ilə diqqət çəkən rəssamın sənətini əks etdirən kitabı da "SOCAR Türkiyə"nin dəstəyi ilə oxuculara təqdim edilir.
Türkiyənin ən böyük xarici sərmayədarı olaraq "SOCAR Türkiyə" təkcə ölkə iqtisadiyyatında deyil, həm də sosial və mədəni sahələrdə də əhəmiyyətli işlər görür. "SOCAR Türkiyə"nin Korporativ Əlaqələr müdiri Murat LeCompte belə deyir: "Bizim üçün hər iki ölkənin təkcə iqtisadiyyatına deyil, incəsənət və mədəniyyət baxımından cəmiyyətinə də töhfə vermək çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin ortaq dəyərlərini yaşatmaq və bu daimi dəyərləri daha yüksək səviyyələrə çatdırmaq üçün mühüm layihələr həyata keçiririk. Bu çərçivədə Azərbaycanın canlı əfsanəsi kimi tanınan, əsərləri ilə incəsənət dünyasına yenlik gətirən belə dəyərli rəssamı dəstəkləmək, onun əsərlərini Türkiyədə incəsənət həvəskarlarına təqdim etmək bizə sevinc bəxş edir. Məmmədovun bu sərgisində iştirak edənlər ilham verən, qeyri-adi personajların əksini tapdığı əsərlərlə fərqli dünyalara yelkən açıb sənədin ehtişamını hiss etmək fürsəti əldə edəcəklər".
"SOCAR Türkiyə"nin sponsorluğu ilə həyata keçirilən layihənin koordinatoru Murat Pilevneli isə "SOCAR Türkiyə"nin mədəniyyət və incəsənət sahəsinə verdiyi dəstəyə diqqət çəkərək, belə deyib: "Ötən illərdə bir çox sərgini dəstəkləyən və onların ev sahibi olan "SOCAR Türkiyə" ölkəmizin incəsənət həyatına verdiyi töhfəni gündən-günə artıraraq, davam etdirəcək. "SOCAR Türkiyə"nin dəstəyi ilə təşkil edilən "Opalizm" adlı bu sərgi müasir Azərbaycan rəssamlıq dünyasının ən mühüm nümayəndələrindən olan Sakit Məmmədovu Türkiyəli incəsənət həvəskarlarına tanıdır. İşıq və rəngdən həddindən artıq balanslı şəkildə istifadə edən Məmmədovun rəsm əsərlərində poeziyanın ön planda olduğunu görürük. Bu sərgidə keçmişdən bu günə qədər yaratdığı əsərləri bir araya gətirərək, sənətkarı hərtərəfli tədqiq edirik".
Azərbaycanın xalq rəssamı Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyası medalı, Leonardo Da Vinci medalı, Mozart medalı, Dünya Rəssamlıq Akademiyası medalı, Avropa Şərəf Nişanı və İtaliya qızıl medalı da daxil olmaqla bir çox beynəlxalq mükafatların laureatıdır. Məşhur sənətkar “Opalizm” üslubunun yaradıcısı kimi də tanınır. Rəssamın, adını sanskritcə “qiymətli daş” mənasını verən “upala” sözündən götürən opal daşından ilhamlanaraq yaratdığı Opalizmdə, rəngin vurğulandığı bir anlayış mövcutdur. Tərkibindəki rənglər səbəbiylə “göy qurşağı” olarak da xarakterizə edilən opal daşının parıltısını kətan üzərinə köçürən Məmmədovun əsərləri ilhamverici və qeyri-adi xarakterləri bir araya gətirir. Rəssam bu günə qədər Azərbaycan və Türkiyədən başqa, Rusiya, Belarus, Avstriya, Polşa, İsveç, Ukrayna, Almaniya, Misir, Avstraliya, Fransa, İtaliya, Sinqapur və Belçika kimi bir çox ölkədə sərgi açıb. Əsərləri Moskva, Sankt-Peterburq, Bakı, Türkiyə və Vatikanın bir çox muzeylərində nümayiş olunur.
"SOCAR Türkiyə" dünyanın ən məşhur neft və təbii qaz şirkətlərindən biri olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2008-ci ildən etibarən Türkiyədə fəaliyyət göstərən törəmə şirkətidir. Özəlləşdirmə İdarəsindən Petkim-i alaraq qədəm qoyduğu Türkiyədə STAR NEZ, TANAP, Petkim Külək Enerji Stansiyası (KES), SOCAR Terminal kimi böyük layihələr həyata keçirən "SOCAR Türkiyə" Kayserigaz və Bursagaz ilə təbii qaz sahəsində iştirakını da artırır. İki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında güclənən iqtisadi əməkdaşlığın rəmzi olan "SOCAR Türkiyə"nin investisiyalarının dəyəri 15 milyard dollardan artıq olmaqla, davam edən investisiyalarla birlikdə 19,5 milyard dollara çatacaqdır.
Murat Pilevneli Marmara Universitetinin İncəsənət Fakultəsi, Rəsm Bölməsini bitirib. 2001-ci ildə təsis etdiyi və 2011-ci ilə qədər idarə etdiyi Galerist-də əməkdaşlıq etdiyi sənətkarlar arasında Haluk Akakçe, Taner Ceylan, Leyla Gediz, Erinç Seymen, Ayşe Erkmen, Hüseyin Çağlayan, Sarkis, Thomas Ruff, Michael Craig Martin, JulianOpie, Jürgen Teller olub. Galerist Türkiyədən beynəlxalq incəsənət sərgilərində iştirak edən ilk qalereya olub. 2012-ci ildə PİLEVNELİ Project-i, 2017-ci ildə Dolapdere-də PİLEVNELİGaleri-ni açan Murat Pilevneli dünya şöhrətli rəssamlarla yanaşı, beynəlxalq aləmdə tanınan Türkiyəli rəssamların sərgilərini də təşkil edir. 2018-ci ildə tarixi Likör və Konyak Fabrikinin istifadə hüquqlarını Viatrans-dan alaraq, PilevneliMecidiyeköy-ü açan Pilevneli İstanbul Art News qəzetinin də təsisçisi və imtiyaz sahibidir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Marsda heykələ dönmüş qadın tapıldı 17:03Sezen Aksudan sevənlərinə PİS XƏBƏR 16:55Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18:29Mehriban Əliyevanın sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova 18:26Cavid Qurbanov: BTQ region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir 18:24“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur” 18:13Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq 10:44Məhkum oğluna narkotik gətirən ata tutulub 10:39Sosial evlərdən kimlər “ev kolleksiyası” yaradır? 10:35Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək 10:28"Bu ölkə yox olacaq..." — Gerçəkləşməyə başlayan Vanqanın proqnozları 10:19Bakıda qaşlarını tatu etdirən qadının başına iş gəldi - 700 manat versə də... 16:09Azərbaycanda məktəblinin ölümünə səbəb olan şəxs tutuldu 16:04AMEA-nın iki institutuna direktor seçilib 16:00Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib 15:56Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ 15:43“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 15:39Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib 15:38Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib 15:32Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ 15:27Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik 15:22Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər 15:17Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45