06 may 15:54medeniyyet

Zəhra xanım və onun rənglər dünyası

Zəhra xanım və onun rənglər dünyası Gənc rəssamın sərgisi barədə təəssüratlar

Vinsent Van Qoq günəşin əsl rəngini öz fırçası ilə yaratmaq üçün Arlın yandırıcı günəşi altında sərasər işlədi. Ömrünün axırına qədər bu işin arxasınca getdi. Nəhayət, ürəyinin yanğısını rəsmlərinə verə bildi. Onun ilk əsərlərinə baxanda insanlar mütləq diksinir, əsrarəngiz bir qorxu duyurdular. Hətta peşəkar rəssamlar da onun karandaşla yaratdığı kobud rəsmlərinin hikmətini izah etməkdə aciz qalırdı. Amma o heç vaxt rəssamlığın ən uca zirvəsinə çatdığını bilmədi… Faciəvi ölümündən sonra “Günəbaxanlar”, “Arl günəşi”, “Kartofyeyənlər” və sair tablolarının qiyməti rəsm qalereyalarında milyon dollarla ölçüldü…
Rəssamların seçilmiş insanlar olduğu az qala hər kəsə bəllidir. Onlar qeyri-adilikləri ilə həmişə digər insanlardan fərqlənirlər. Bu, bəlkə də onlarda Allaha olan eşqin ən uca zirvəsi olan məcnunluqdur. Amma çox az fırça ustası tapılar ki, bu məcnunluğa bir təbiblik də əlavə etsin.

Zəhra Quliyeva ixtisasca həkimdir. Amma, onun taleyində artıq uzun illərdir ki, ən sevimli hobbisi olan rəssamlıq, həyatının əsas fəaliyyəti ilə əl-ələ, qoşa addımlayır. Sənətşünas Nailə Bənnayeva yazır:
“Təsviri sənətin bir çox bakılı həvəskarları kimi, həqiqi peşəkarlıq zirvələrini fəth etməyə çalışan Zəhra Quliyeva 2011-ci ildə, Tatyana Kesarın studiyasına təhsil almağa gəlir. Məşhur pedaqoq Tatyana Kesar, saysız-hesabsız gənc rəsm həvəskarlarını yetişdirməklə yanaşı, həm də bir çox yaşlı incəsənət entuziastlarını bu sahədə sərbəst fəaliyyətə hazırlayır.
2014-cü ildə Zəhra Quliyeva ilk sərgi təcrübəsini əldə edir: onun üç əsəri Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən vernisajda Tatyana Kesarın digər studiya tələbələrinin əsərləri ilə birgə nümayiş etdirildi. Bu, layiqli başlanğıc idi. Bu gün isə, tamaşaçı qarşısında şəxsi yaradıcılıq hesabatı üçün, son illər ərzində daha da yetkinləşən Zəhra Quliyeva, sadə və səmimi ad verdiyi “Dünyam” adlı ilk fərdi sərgisini təqdim edir.
Sərginin əsas hissəsini natürmortlar təşkil edir; bu, rəssamın sevimli janrıdır. Rəssamı havanın, qabların və mayenin şəffaflığının ifadə edilməsi kimi çətin vəzifə cəlb edir. Buna görə də, onun lakonik əsərlərində, müxtəlif səthlərdə dolu qədəhlər və rəngarəng reflekslər çoxluq təşkil edir. Güllər, meyvələr, içkilər – bütün bunlar əsərlərdə yaşayır və nəfəs alır. Realistik əsərlərdən savayı, şərti tərzdə yaradılan natürmortlar da var. Rəssam özünü həm də fəal olaraq kollajlarda sınayır. Bundan əlavə, o qadın portretlərini də sevir və bu mühitdə o, müxtəlif rəsm üslublarında özünü sınayır.
Zəhranın sözlərinə görə, o, öz əsərlərindən çətinliklə ayrılır, çünki onlardan hər birinə xeyli əmək sərf edir. Amma bir dəfə, iki il əvvəl, o, xeyriyyə aksiyasında iştirak etmək məqsədilə, bu qaydalara istisna etdi və müalicəsi üçün pul yığılan xəstə uşağın xeyrinə keçirilən incəsənət yarmarkasına öz əsərlərindən birini hədiyyə etdi. Bu əsər dərhal satıldı, uşaq isə nəticədə uğurla müalicə olundu. Zəhra Quliyevanın yaradıcılıq bioqrafiyasının bu maraqlı faktı, onun əsas prinsipini bir daha təsdiqləyir: “Əsas inamdır. İnansan – alınacaq!”. Bu şüarı o həm həyatında, həm də yaradıcılığında daim rəhbər tutur”.
Tanınmış şair-publisist Bəradər Səməndərli bu günlərdə mənə gözləmədiyim bir təklif irəli sürdü:
- Mayın 3-də istəyirəm səni “Rənglər dünyası”na aparam…
- Çoxdandır rəsm sərgilərində olmuram. Kimin sərgisidir?
- Gedəcəksənsə, orda hər şeyi biləcəksən…
Dostum bununla da məni daha da maraqda saxladı. Və bəhs edilən sərgiyə birgə yollandıq.
Azərbaycan Milli İncəsənət Muzeyi “Azneft” meydanından bir qədər yuxarıda yerləşir. Cəmi bir neçə gün qabaq ətraf küçələrdə, o cümlədən muzeyin qarşısından keçən yollarda “Formula-1”-in avtomobilləri şütüyürdü. Əcnəbi qonaqların və paytaxt sakinlərinin çox böyük maraqla izlədiyi həmin yarışlar artıq arxada qalıb. Maşınların yaratdığı böyük səs-küy də həmçinin.
Sanki bu cür “təlatüm”dən sonra insanların sakitliyə, mənən istirahət etməsinə ehtiyac vardı. Nə qədər təsadüfi olsa da, gənc rəssam Zəhra Quliyevanın əsərlərindən ibarət fərdi sərgisi ən aşağısı yuxarıda söylədiklərimə rəğmən yerinə düşmüşdü. Elə buradaca qeyd edim ki, şəxsən mənim ruhum xeyli dincəldi. İki saat ərzində özümü bəlkə də tamam ayrı bir dünyada hiss etdim. Elə Zəhpa xanım da əsərlərini “Dünyam” adı altında təqdim edir…
Doğrusu, sərgidə gördüyüm qələbəliyə əvvəlcə təəccübləndim. Təbii ki, gələnlərin əksəriyyəti ziyalılar, müxtəlif təbəqənin adamları idi. Onların arasında kiçik uşaqlar da, məktəblilər də, gənc və orta nəslin nümayəndələri də vardı. Üstəlik bir qədər əvvəl adı çəkilən Tatyana Kesar kimi yaşlılar da. Mən həmin insanlara diqqət yetirdikdə, hamısının çöhrəsində bir sevinc əlaməti gördüm. Sanki böyük bir bayrama gəlmişdilər. Özü də çoxları gül dəstələri gətirməyi də unutmamışdı.
Açılışdan bir qədər əvvəl bizi Zəhra xanımla tanış etdilər. Çox utancaq və təvazökar bir xanımdır. Həyəcanlı olmağı aydın sezilirdi və bunu özü də gizlətmirdi:
- İlk fərdi sərgimdir. Təbii ki, həyəcanlıyam. Axı, mən gələnlərə öz “Dünyam”ı təqdir edirəm. İstər-istəməz fikirləşirsən: görəsən, insanlar gördüklərini necə qiymətləndirəcəklər?
Zəhra xanımla kiçik söhbətdən sonra bizi onun atası - respublikanın görkəmli ziyalılarından olan Ələkbər həkim Nəzərli ilə tanış edirlər. İşıqlı bir insan olmağı dərhal diqqətimi çəkir. Doğrudan da heç nə təsadüfdən baş vermir. Anlayıram ki, Zəhra xanıma “Rənglər dünyası” ailə tərbiyəsi nəticəsində bəxş olunub. Üstəgəl Tanrı vergisi. Sadəcə fərq budur ki, gənc xanım peşə kimi rəssamlığı yox, həkimliyi seçib.
İnanın, sərgidə nümayiş etdirilən əsərlər (çoxu natürmortlar idi) peşəkarlıq baxımından qətiyyən geridə qalmır. Bu cəhəti tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının üzvü, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli də vurğuladı.
Həmin gün muzeydə gözəl bir ab-hava vardı. Çünki orada Zəhra Quliyevanın ayrıca bir “Dünya”sı bərqərar olmuşdu. Bu, o “Dünya” idi ki, içərisində Zəhra xanımın duyğuları, hissləri, gördükləri fırçanın dili ilə danışırdı. “Bax və düşün” deyirdi.
Yüksək zövq hamıya verilmir ki… Belə rəsmləri yaradan müəllifin istedaddan əlavə, gərək yüksək zövqü də olsun mütləq. Görünür, Tanrı bu məsələdə də gənc rəssama öz səxavətini əsirgəməyib.
Yeri gəlmişkən, sərginin təşkilatçıları da bütün məsələlərin həllində öz zövqlərini ortaya qoymuşdular. Bunu soruşmasaq da, böyük ehtimalla əsas təşkilatçı Zəhra xanımın həyat yoldaşı Vüqar Quliyev idi.
Sözsüz ki, həmin gün ən çox duyğulanan və qürur hissi keçirən də məhz Ələkbər həkim idi. Və əslində onun buna tam haqqı da çatır.
Mən bu yazıda Zəhra xanımın əsərlərini təhlil etmək fikrindən vaz keçdim. Heç buna lüzum da yoxdur. Səmimi deyirəm: həmin rəsmləri gözlə görmək lazımdır!
İnanıram ki, sərgidə olanlar sonuncu fikrimlə razılaşarlar.
Uğurlar olsun, Zəhra xanım!

Mahir Nemətoğlu

Zəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyasıZəhra xanım və onun rənglər dünyası
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Gürcüstan rəhbərliyi Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayır 18:08İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib 18:03Türkiyədə uçurumdan yuvarlanan jurnalistin meyiti tapıldı 17:59PSJ-nin prezidenti rüşvət verməkdə ittiham olunur 17:56Kurikulumun İLK NƏTİCƏLƏRİ... - narazılıqlar çoxdur 17:49Ali məktəbə müsabiqədənkənar QƏBUL: YAXŞIDIR, YOXSA PİS? 17:45"Azərbaycan Dəmir Yolları" Avroliqanın finalı ilə bağlı tədbirlər planı hazırlayıb 17:42Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü 17:37İstirahət mərkəzinin avadanlıqları hərraca çıxarılacaq - SƏBƏB 17:34Afaq Bəşirqızıdan GÖZLƏNİLƏN ADDIM - "Toya bir gün qalmış" 17:30Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib 19:35Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub 19:31Atəşkəs rejimi 20 dəfə pozulub 11:28Şamaxıda 8 il öncə vəfat etmiş şəxsə hərbi çağırış vərəqəsi göndərilib 11:26Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu 11:21Vəzifəli şəxs barəsində daha bir CİNAYƏT İŞİ: külli miqdarda... 11:19Azərbaycanda DƏHŞƏT: 3 aydır itkin düşən şəxsin çürümüş meyiti... 11:17Ərdoğan: TDƏŞ digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməlidir 11:11ABŞ-da keçirilən marafon ölümə səbəb olub 11:08Maduro erkən parlament seçkiləri keçirilməsini təklif edib 11:05Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub 10:51Neft məhsullarını nəzarətsiz qoymayın, uşaqda pnevmaniya yarana bilər - XƏBƏRDARLIQ 10:47Dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub 10:44“Barselona”nın müdafiəçisi zədələnib 10:39Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib 10:37Alimlər başı böyük olan uşaqlar haqqında İNANILMAZ SİRRİ açıqladı 10:33Elina cinayətində QALMAQAL BÖYÜYÜR: anası və vəkilləri YENİDƏN DANIŞDI 18:55"Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq" - İsa Həbibbəyli 18:14Kral Salman Azərbaycan Prezidentini təbrik edib 18:10Fədayə Laçının işi baş tutmadı- Polkovnikə görə 18:0438 nəfər həkimlik oldu, 11-nin nəticəsi ləğv edildi - QƏBUL İMTAHANININ QEYRİ-ADİ STATİSTİKASI 17:50Millət vəkili Nəsib Məhməliyev: - Biz hər hansı Orta Asiya respublikalarından, uzaq Çindən gəlmiş bir köçəri tayfaları deyilik – Qafqaz Albaniyasının varisləriyik 14:33Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb 12:29Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb 12:25Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi 12:22Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri məlum olub 11:22İki gündə yol qəzalarında 6 nəfər ölüb 11:19Messi rekordu təkrarlayıb və Mbappedən uzaqlaşıb 11:00Rusiyada yeni rekord qeydə alınıb 10:56Bakı və Abşeronda bir gündə 6 nəfəri it dişləyib 10:41Bu üzüyün nələrdən hazırlandığını bilənlər dəhşətə gəlir 10:31Ərdoğan: “Ən təhlükəli 420 terroristi zərərsizləşdirmişik” 11:38Prezident müsəlman ölkələrinin səfirlərini qəbul edib 11:34"Kişi xəyanət edirsə, bunun günahkarı qadındır" - Əməkdar artist 11:31Tələbələr üçün yeni yataqxana kompleksinin istifadəyə veriləcəyi TARİX BƏLLİ OLDU 11:28Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki..... - ÖZƏL 11:26Silsilə oğurluq edən dəstə üzvləri HƏBS EDİLDİ 11:21Atəşkəs rejimi 26 dəfə pozulub 11:17Aya ilk dəfə qadın ayağı dəyəcək 11:14Britaniya İranla bağlı məsələdə ABŞ-la razılaşır 11:12Mühafizəkarlar və leyboristlərin "Brexit" danışıqları nəticəsiz qaldı 11:09Vergilər naziri: Bunu ayrıca təhlil qrupu izləyir 10:56SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq 10:54Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq 10:51"Arsenal" erməni futbolçusunu Bakıya gətirməyəcək 10:47Yer güclü maqnit qasırğasının təsiri altındadır 10:44Bakıda "Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq”Forumu keçiriləcək 18:11Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib 18:09Ələtdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan dəstə aşkarlanıb 18:05Sumqayıtda metaləritmə sexindən 31 ton metal oğurlanıb 18:01Rüşvət alan baş həkimə HÖKM OXUNDU 17:56Əhaliyə ŞAD xəbər : İşıq limiti artırıla bilər 17:32Mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək 17:30Britni Spirs səhnəylə vidalaşır 17:26Sorğu: Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, Vladimir Zelenskinin partiyası qələbə qazanacaq 17:23