Sizin reklam burada
Sizin reklam burada
  • Ancelina Colini və Bred Piti ayıran aktrisa TƏHDİD EDİLİR

    Ancelina Colini və Bred Piti ayıran aktrisa TƏHDİD EDİLİR Ancelina Coli və Bred Pitin ayrılmasında səbəbkar olduğu deyilən fransız aktrisa Marion Kotiyyar yenidən gündəmə düşüb.
    Rejissor Gilyem Kanetlə evli olan 41 yaşlı aktrisa təhlükəsizliyini qorumaq üçün mühafizəçilərinin sayını artırmaq istəyir.
    Buna səbəb isə Kotiyyarın sosial mediada təhdid mesajları almasıdır. Hazırda ikinci uşağına hamilə olan aktrisa narahatlıq keçirdiyini bildirib.
    Qeyd edək ki, Kotiyyar daha öncəki açıqlamasında Ancelina və Bredin barışmasını istədiyini bildirmişdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ