Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda “Azərbaycan milli sirk sənəti-70” elmi-praktiki konfrans keçirilib

    Bakıda “Azərbaycan milli sirk sənəti-70” elmi-praktiki konfrans keçirilib AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
    Tədbirdə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəgin Salamzadə konfransın əhəmiyyətindən danışıb, Azərbaycan milli sirkinin keçdiyi yol haqqında məlumat verib.
    Tədbirdə iştirak edən Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrinin son illərdə daha da genişləndiyini diqqətə çatdırıb.
    Konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri müzakirə olunub. “Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi" və "Azərbaycan sirkində klounada” mövzusunda məruzələr dinlənilib.
    Konfransda “Bu, Azərbaycan sirkidir” sənədli filmi də təqdim olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ