11 iy 13:40medeniyyet

Yola salınan teatr mövsümü Milli Dram Teatrı üçün məhsuldar olub

Yola salınan teatr mövsümü Milli Dram Teatrı üçün məhsuldar olub Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar.
Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq.
“Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ. Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki – bizimki”, “Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər. Son dövrlərdə Akademik Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T. Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T. Kazımov və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub. Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gənc rejissorlar Anar Babalı və Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”, -deyə C. Zeynallı söyləyib.
Mətbuat katibi əlavə edib ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb: “Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb. Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki, mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq Artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb. Bildiyimiz kimi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında “Vəsiyyət” tamaşasını oynayan kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub. Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından Xalq Artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, Xalq Artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov Xalq artisti, Rövşən Kərimduxt Əməkdar Artist fəxri adına layiq görülüblər. O cümlədən Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb. Yola saldığımız mövsümdə yeni - “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edə pinqivinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir iki, bizimki”, “Qəribə, çox qəribə, əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu” tamaşaları təhvil verilib.
Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.
Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18:29Mehriban Əliyevanın sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova 18:26Cavid Qurbanov: BTQ region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir 18:24“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur” 18:13Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq 10:44Məhkum oğluna narkotik gətirən ata tutulub 10:39Sosial evlərdən kimlər “ev kolleksiyası” yaradır? 10:35Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək 10:28"Bu ölkə yox olacaq..." — Gerçəkləşməyə başlayan Vanqanın proqnozları 10:19Bakıda qaşlarını tatu etdirən qadının başına iş gəldi - 700 manat versə də... 16:09Azərbaycanda məktəblinin ölümünə səbəb olan şəxs tutuldu 16:04AMEA-nın iki institutuna direktor seçilib 16:00Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib 15:56Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ 15:43“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 15:39Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib 15:38Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib 15:32Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ 15:27Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik 15:22Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər 15:17Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45ÖZÜNÜ SEVDİRƏ BİLMƏDİN MƏNƏ 20:23Nümunəvi tibb ocağı 19:07