Sizin reklam burada
Sizin reklam burada

Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana

Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana Xarkovda böyük bir ailə zibil ilə dolu bir mənzildə yaşayıb.
İki qadın və üç uşaq çölə çıxmayıb, ancaq mənzildə öldürülən itləri yeyiblər.
Ukrayna Milli Polisindən verilən məlumata görə, yanvarın 21-də polisə bu mənzildə bir uşağın ağladığı mesajı gəlib. Mesaj göndərən içindəki böyük zibil səbəbindən mənzilə daxil ola bilməyib.
Bir istintaq-əməliyyat qrupu, uşaqlar üçün xidmətin nümayəndələri, ailələr və gənclər üçün sosial xidmətlər mərkəzi həmin yerə yollanıb..
Polis bu mənzildə 57 və 30 yaşlı qadınların və 2, 6 və 11 yaşlı üç uşağın yaşadığını müəyyənləşdirib.
Eyni zamanda, 11 yaşlı qız məktəbə getməyib, bu barədə Təhsil Şöbəsi polisə xəbər verib.
Mənzildə hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətli bir mənzərə ilə rastlaşıblar.
Uşaqlar antisanitariya, həyati təhlükəli şəraitdə yaşayıblar, mənzilin girişindən çıxan pilləkənlər zibillənmiş, hər tərəf tarakan və siçovullarla dolmuş olub. Mənzilin su təchizatı da işləməyib.
Qonşular, ailənin heç küçəyə gəzdirilməyə çıxarılmayan beş itlə saxladığını söyləyiblər.
İnstagramda bu mənzildən görüntüləri paylaşan ukraynalı blogger, ailənin öldürülən heyvanları yediyini söyləyib.
“Küçəyə çıxmayıblar. Mənzildə öldürdükləri itləri yeyirdilər”, - blogger yazıb.
Uşaqların çölə çıxmadığı üçün isti paltarları belə olmayıb.
2 yaşlı oğlan və 6 yaşlı qız polis tərəfindən ailədən alınaraq xəstəxanaya aparılıb.
Bu faktla əlaqədar "U şağa baxma vəzifələrini yerinə yetirməmək" maddəsi ilə cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ