19 sen 10:22Maraqlı

Dünyanın bu günü - VİDEO

Dünyanın bu günü - VİDEO AĞAXAN TALIŞINSKİ

(1885-1949)

Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor Ağaxan Talışınskinin doğum günüdür. Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər birdərəcəli məktəbində, Bakıda gimnaziyada və Kiyev Dövlət İnstitutunun Tibb fakültəsində təhsil alıb. Müxtəlif illərdə müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 1945-ci ildən ömrünün axırına qədər Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmatologiya-ortopediya və protezləşmə klinikasının müdiri olub. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun tələbələri üçün Azərbaycan dilində ilk dərslik – “Travmotologiya” monoqrafiyasını yazıb. Ağaxan Talışınski 21 dekabr 1949-cu ildə Bakıda vəfat edib.

REYHAN MÜSLÜMOVA

(1949-2002)

Müğənni, aktrisa Reyhan Müslümova 1949-cu il sentyabrın 19-da Qubada anadan olub. Valideynləri kimi həkim olmaq istəsə də, sonda müğənni olmağa qərar verib. Karyerasında ilk addımlarını “Lalə” qızlar ansamblında atıb. 18 yaşında “Dəli Kür” filmində Cahandar ağanın qızı Salatın rolunda çəkilib. Artıq çəkidən azad olmaq istəyən Reyhan Müslümova 2002-ci il aprelin 2-də xəstəxanada liposaksiya əməliyyatı zamanı dünyasını dəyişib.

AQİL QULİYEV

(1963-1992)

Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyev 1963-cü il sentyabrın bu günü Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. Azərbaycan Neft Akademiyasının axşam şöbəsində və Xarkov Ali Milis Məktəbində təhsil alıb. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək, orada müəllimlik etməyə başlayıb. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra ailəsini də götürərək Bakıya gəlib. Könüllü olaraq 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərilib və rota komandiri təyin edilib. Daha sonra Xocalıya yollanıb. 1992-ci il fevralın 18-dən 25-nə qədər Xocalıda davam edən döyüşlərdə böyük rəşadətlə döyüşüb. Fevralın 25-də bu döyüşlərin birində hər iki ayağından yaralanıb və şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqil Quliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

MAHİR HÜSEYNOV

(1975-1994)

Şəhid Mahir Şəfa oğlu Hüseynov 19 sentyabr 1975-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirəndən sonra qısa bir müddət kolxozda çalışıb. Daha sonra Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə çağırılıb. Bakıda və Qusarda təlim keçib. 1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qrup əsgərlə Tərtər və Ağdərə bölgələrinə kəşfiyyata göndərilib. Çaylı kəndində düşmənin arxasına keçərək ermənilərin 2 tankını və 1 PDM-ni təkbaşına məhv edib. Mahir Hüseynov 1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə həlak olub. Azərbaycan Prezidentinin fərmanı ilə ölümündən sonra "Döyüş xidmətinə görə" medalı ilə təltif olunub.

AİDA İMANQULİYEVA

(1939-1992)

Görkəmli şərqşünas alim, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru Aidə Nəsir qızı İmanquliyevanın anım günüdür. O, 10 oktyabr 1939-cu ildə Bakıda görkəmli pedaqoq və jurnalist Nəsir İmanquliyevin ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini, 1966-cı ildə Moskvada Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. Tədqiqatları müasir ərəb filologiyasının problemlərinə həsr olunub. Dövri mətbuatda bu mövzu ilə bağlı məqalələri və tərcümələri nəşr olunub. Ərəb ədəbiyyatına həsr olunan sanballı monoqrafiyaların müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə olunub. Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.

CƏFƏR CƏFƏROV

(1914-1973)

Azərbaycanın əməkdar incəsənət xadimi, teatrşünas, ədəbiyyatşünas və estetik Cəfər Haşım oğlu Cəfərovun xatirə günüdür. O, 1914-cü il sentyabrın 7-də Bakıda doğulub. Moskvada A.Bubnov adına Pedaqoji İnstitutda təhsil alıb. Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin müdiri, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi və mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda Teatr və kino şöbəsinin müdiri olub. Bir çox korifey sənətkarların yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar, Azərbaycan və rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb. Cəfər Cəfərov 19 sentyabr 1973-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

SOLTAN HACIBƏYOV

(1919-1974)

Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq və dirijor Soltan İsmayıl oğlu Hacıbəyov da bu gün xatırlanır. O, 8 may 1919-cu ildə Şuşada anadan olub. Onun yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olub. 1930-cu ildə Bakıya köçüb, 1936-cı ildən əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb və tərbiyə alıb. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olaraq, truba sinfində oxuyub. Eyni zamanda Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" (1940) musiqili komediyasıdır. “Karvan” süitası ona böyük şöhrət qazandırıb. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakıda vəfat edib.

RAUF HACIYEV

(1922-1995)

SSRİ xalq artisti, Azərbaycanın görkəmli bəstəkarı Rauf Soltan oğlu Hacıyevin anım günüdür. O, 1922-ci il mayın 15-də Bakıda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyanı bitirib. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasının direktoru, mədəniyyət naziri və Bəstəkarlar İttifaqının katibi vəzifələrində çalışıb. Onun “Romeo mənim qonşumdur”, “Kuba - məhəbbətim mənim”, “Qafqazlı qardaşqızı”, “Ana, mən evlənirəm” operettaları böyük şöhrət qazanıb. Vokal yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ƏLƏKBƏR KAZIMOVSKİ

(1953-2016)

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ələkbər Rauf oğlu Kazımovskinin xatirə günüdür. O, 10 iyul 1953-cü ildə Bakıda anadan olub. “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül”, “Kənddən gələn var” və başqa filmlərin müəllifidir. Uzun illər Azərbaycan Televiziyasında çalışıb. Ələkbər Kazımovski 19 sentyabr 2016-cı ildə Bakıda dünyasını dəyişib. O, rejissor Rauf Kazımovskinin oğludur.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İzmirdə güclü zəlzələ oldu: 6 hündürmərtəbəli bina dağıldı (Yenilənib) 16:51“Azərbaycan Ordusu Şuşa qala divarlarının yaxınlığındadır” - Erməni general 16:08“Əsir götürülən bəzi azərbaycanlı hərbçilər qətlə yetirilib” - Baş prokuror 15:59Baş prokuror: “Bizdə olan məlumata görə Cəlal Arutunyan məhv edilib" 15:57Daha bir neçə kəndimiz işğaldan azad olundu - Prezident 15:54İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi 13:22MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA PAKİSTAN PARLAMENTİNDƏ ERMƏNİ TƏCAVÜZÜNÜ PİSLƏYƏN QƏTNAMƏNİN QƏBULU İLƏ BAĞLI MİLLİ ASSAMBLEYANIN SƏDRİ ƏSƏD QEYSƏRƏ MƏKTUB ÜNVANLAYIB 12:55Distan təhsil üçün olan platformalar VPN-siz işləyəcək 12:49Təmkinli Əliyev, özgüvənsiz Paşinyan... - Kimin əlləri daha etibarlı görünür? 12:43Qisas alınır 11:02Qurban Qurbanov: "Başlarına dəysin, bizə lazım olmayan şeylərdir" - MÜSAHİBƏ 10:55Sahibə Qafarova pakistanlı həmkarına məktub yazdı 10:48"Human Rights Watch" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqlədi 10:37Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb 10:34Bakıda reydlər keçirildi: cərimələnənlər var 10:30Sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini tərəddüdsüz nəzərə almalıdırlar 10:06Yaşasın Türkiyə, Azərbaycan qardaşlığı!!! 10:02MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA TBMM SƏDRİ MUSTAFA ŞENTOPLA TELEFONLA DANIŞIB 09:57Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların fəaliyyətsizliyi təəssüf doğurur 09:53Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 09:50Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər 09:47İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti komendaturalar yaradılacaq 10:24Ermənistan ordusunda qiyam baş verib 10:22Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov 10:19“Charlie Hebdo”nun Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq - Hikmət Hacıyev 10:13Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib - MN 10:10Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi 10:04Vergidənyayınmaya qarşı mübarizə tədbirləri gücləndirilir 09:58Bacılar maska taxmağı tövsiyə edən mühafizəçini bıçaqladılar 09:54Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi 09:46Məkrli erməninin hədəfi yenə də mülki əhalidir 09:42İran Prezidentinin xüsusi nümayəndəsi Bakıdadır 17:10Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-nə qədər uzadıldı 17:06Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj 16:59Bu kəndlər də işğaldan azad edildi! - Prezident açıqladı 16:52Bərdədə 19 nəfər həlak olub, 60-dan çox adam yaralanıb - PROKURORLUQ - YENİLƏNİB 15:23Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib 11:48Tarixə baxış: Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında 11:45Ermənilərin "müdafiə naziri" bu silahla məhv edilib - FOTO 11:41Azərbaycan döyüş meydanında Ermənistanı diz çökdürür 11:35Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi 11:28Birinci vitse-prezidentin köməkçisi: Paşinyanın sülhpərvərliyi budu? 11:24“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT 11:14Azərbaycan nefti bahalaşıb 11:06Milli Məclisdə "Təhsil haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi 10:59İranın Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub 10:53İrandan Qarabağ münaqişəsinin həll ilə bağlı LAYİHƏ 18:28Bərdəyə raket atılması nəticəsində 7 yaşlı uşaq öldü - RƏSMİ 18:25Erməni mafiozlar Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir 15:37“Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” - Ermənistanın ilk Baş Naziri 15:34Milli Məclisin növbəti plenar iclası keçirilib 15:17Deputat ölkəmizdəki Türkiyə “F-16”larının rolundan danışdı 14:47Los Ancelesdə erməni lobbisinin hərəkəti yəhudi icmasını ayağa qaldırdı 11:21Separatçı rejimin "müdafiə naziri" ağır yaralanıb 11:18Çin Yerin müşahidəsi üçün orbitə bir neçə peyk çıxarıb 11:16Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib 11:14Düşmənin məhv edilən hərbi təxnikaları - SİYAHI 10:49Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim 10:46Prezident İlham Əliyev: Əgər Ermənistan atəşkəsi pozmağa davam etsə, biz adekvat cavab verməyə məcbur olacağıq 10:41Azərbaycan Ordusu doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir 10:33