Sizin reklam burada
Sizin reklam burada

"Şahdəniz" yatağında texniki problemlər yoxdur - BP

"Şahdəniz" yatağında texniki problemlər yoxdur - BP Hazırda "Şahdəniz" qaz-kondensat yatağında texniki problemlər yoxdur.
Bu barədə "BP Azerbaijan" şirkətindən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə təbii qaz tədarükünün texniki səbəblərlə əlaqədar azalması barədə suala cavab olaraq bildiriblər:
Qeyd olunub ki, fevralın 22-də "Şahdəniz" yatağında iki platformadan birində texniki problem yaranıb:
"Bu, TANAP vasitəsilə tədarükə təsir göstərib. Həmin qüsur bir neçə saat ərzində aradan qaldırılıb və axın bərpa olunub. Daha sonra axın normal səviyyəsinə qayıdıb və hazırda heç bir texniki problem yoxdur".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ