25 may 16:52iqtisadiyyat

Sahibkarlara dövlət qayğısı

Sahibkarlara dövlət qayğısı
Musa Süleymanov,
iş adamı


Bu, pandemiya dövründə də göstərildi
“Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir”.
Ölkə başçısının bu sözləri böyük həqiqətləri əks etdirir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu bildirən Prezident İlham Əliyev daha sonra deyir: “Əslində müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, o vaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi”.
Bəli, yaxın tarixdən hər birimizə bəllidir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin əsasını qoydu. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev isə belə deyirdi: “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır”.
Cəsarətlə demək olar ki, həmin potensialın inkişaf etdirilməsi ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin səyləri, gərgin əməyi nəticəsində Azərbaycan müstəqillik illərində böyük uğurlara imza atdı. Neft kontraktlarının imzalanması ölkəmizə böyük kapitallar qazandırmasına, iqtisadi dirçəlişlərin baş qaldırmasına səbəb oldu. Ermənistanla atəşkəsin yaradılması da Heydər Əliyev kimi bir dühanın uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan həm vaxt qazandı, həm də iqtisadi cəhətdən gücləndi. Paralel olaraq ordu quruculuğuna diqqət yetirildi.
Çox keçmədi ki, özəl sektorun inkişafı önə çəkildi. Mən sahibkarlıqla uzun illərdir ki, məşğul olduğumdan bütün prosesləri yaxşı xatırlayıram. Bünövrəsi ulu öndər tərəfindən qoyulan belə bir siyasəti sonrakı illərdə cənab Prezident İlham Əliyev daha da inkişaf etdirdi. Təkcə son illərin statistikasına nəzər yetirsək kifayət edər ki, sahibkarlıqla bağlı Azərbaycanda nə qədər əhəmiyyətli qərarlar qəbul olunub. Bu da təsadüfi deyil. Ölkə başçısı dəfələrlə öz çıxışlarında qeyri-neft sektorunun inkişaf etdirilməsini vacib faktor kimi irəli sürüb, sahibkarlara böyük diqqət və qayğı göstərib. Elə koronavirus pandemiyası ortalığa çıxandan ta bu günədək biz daim dövlət qayğısı ilə əhatə olunmuşuq. Cənab Prezident karantin dövründə bütün ölkə vətəndaşlarını darda qoymadı, çox böyük maliyyə paketləri hazırlandı. Bu, sadə vətəndaşlardan tutmuş, büdcə təşkilatlarında çalışanlara qədər və sadalamadığım digər sahələri əhatə etdi. Təbii ki, sahibkarlar da unudulmadı. Onların, necə deyərlər, “ayaq üstdə” durması üçün dövlət özəl sektorda çalışanların aylıq əmək haqqının təxminən yarısını öz öhdəsinə götürdü. Bütün bunlar Azərbaycan Prezidentinin öz xalqına böyük sevgisinin təzahürü idi. Sözsüz ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın da pandemiya dövründə atdığı önəmli addımlar, bir neçə dəfə xalqa müraciəti öz təsirini göstərdi.
Diqqətəlayiq hallardan biri də dövlətimizin postpandemiya dövrü ilə əlaqədar götürdüyü dəst-xəttdir. Biz onun da şahidi olduq ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün uzunmüddətli proqram hazırlanıb. Yəni, söhbət təkcə pandemiya dövründə sahibkarlara edilən güzəştlərdən deyil, sonrakı aylarda da onlara dəstək veriləcəyindən gedir. Məsələn, istər mənfəət vergisi, istərsə də digər vergilərdə pandemiyanın zərər vurduğu sahələrdə vergilərin azaldılması nəzərdə tutulur. Bu o deməkdir ki, sahibkarlar sahələrdən asılı olaraq 75, 50, 25 faiz həcmində vergilərdən azad olunacaq. Əlbəttə, bu sonrakı mərhələdə özəl sektorun inkişafı və yeni iş yerlərinin açılması ilə sonuclanacaq.
Azərbaycan pandemiya ilə ən uğurlu mübarizə aparan ölkələrdən biridir. Cənab Prezidentin videokonfrans şəklində dünya ölkələri ilə yaratdığı təmaslar, aparıcı Avropa bankları, həmçinin məşhur “SİSKO” şirkəti ilə apardığı danışıqlar bir daha ölkəmizin gələcəyinə nikbin baxmağa əsas verir. Fürsətdən istifadə edib mən də xalqımızı Respublika Günü münasibətilə ürəkdən təbrik edir və hər kəsə can sağlığı arzulayıram!
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək 19:00Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:25Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:22Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:18Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:01Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01Biz doğru olan Ermənistan–Azərbaycan müharibəsi ifadəsini işlətməliyik 00:57Bu şəxsiyyətlər qurucudir, adlarını silinməmək şərti ilə tarixə yazıblar. 00:49ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır 21:31Dünyanın ən qəddar türməsindən qaçan azərbaycanlı: Bəxtiyarı necə tapmalı? 12:27Elza Seyidcahan efirə bu halda çıxdı - Başına nələr qoymadı 12:22İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub 12:19İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın” 12:16Afina "kəşfiyyatçısı" - Fuad Aslanov 12:08Cəlilabadda COVID-19-a yoluxmuş şəxs ət mağazasında yaxalandı 12:02“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb” 11:58Bakıda 8 qadın saxlanılıb - SƏBƏB 11:53Qida Təhlükəsizliyi Agentliyi 95 müəssisədə pozuntu aşkarlayıb 11:47Müdafiə naziri ön xətt bölmələrində olub 11:43Həkim: “Bəhram Bağırzadə aktiv hərəkətlərə cəhd edir” 11:38Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq? 23:21Bakıdakı kəskin iylə bağlı RƏSMİ AÇIQLAMA 16:07Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir 16:01Silahlı Qüvvələrimizin şərəfinə əbədləşdiriləcək addım 12:45Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ - RƏSMİ 12:34Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi 12:29Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi? 12:21REJİM POZUNTUSU: daha 305 avtomobil postlardan geri qaytarıldı 12:14Prezident: "İstənilən böhranla bacara biləcəyik” 12:09Bakıda bu klinikada 33 həkim koronavirusa yoluxdu 12:03Avropada tarix yazan məşqçilər - SİYAHI 11:57Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik 15:01