23 mar 17:03iqtisadiyyat

Nazir müavini: “Bank güzəştlərinin edilməsi, kredit şərtlərinin yumşaldılması istisna deyil” - MÜSAHİBƏ

Nazir müavini: “Bank güzəştlərinin edilməsi, kredit şərtlərinin yumşaldılması istisna deyil” - MÜSAHİBƏ Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə bir milyard manat vəsait ayrılıb.
Ayrılan vəsaitin daha çox hansı sahələrə sərf ediləcəyi və digər məsələlər barədə oxu.az-ın suallarını İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov cavablandırıb:
– Bir neçə gün öncə Prezident İlham Əliyev bir milyard manat vəsait ayrılması barədə sərəncam imzaladı. Həmin vəsaitin hansı sahələrə xərclənəcəyi barədə konkret yol xəritələri varmı?
– Bildiyiniz kimi, koronavirus pandemiyasından irəli gələrək, dünya enerji və səhm bazarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, o cümlədən, makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən növbəti tarixi sərəncam imzalandı.
Bu sərəncamla ölkə Prezidenti bir daha Azərbaycan vətəndaşının, sahibkarların yanında olduğunu təsdiq etdi. Sərəncamla 2020-ci ilin dövlət büdcəsindən bir milyard manat vəsait ayrıldı. İşçi Qruplarının yaradılması ilə bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzi Banka konkret tapşırıqlar verildi. Artıq İqtisadiyyat Nazirliyində konkret tədbirlər planının hazırlanması istiqamətində işə başlanılıb. Qısa müddət ərzində təkliflərimizi Nazirlər Kabinetinə təqdim edəcəyik.
İqtisadiyyat Nazirliyinə verilən tapşırıqlardan biri koronavirus pandemiyasının təsirindən zərər çəkmək ehtimalı olan iqtisadi fəaliyyət sahələrin siyahısının, eyni zamanda, bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan olmayan fiziki şəxslərin siyahısının hazırlanması üçün meyarın hazırlanıb təsdiqlənməsidir.
Bundan başqa, nazirliyə pandemiyanın yaxın və orta müddətdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması, iqtisadi artımın dayanıqlılığının artırılması məqsədilə təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Eyni zamanda Nazirlik mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğını müəyyən edib Nazirlər Kabinetinə məlumat verəcək.
Yeri gəlmişkən xüsusilə qeyd edim ki, vergi güzəştləti və tətilləri, kredit şərtlərinin yumşaldılması və digər dəstək mexanizmləri yalnız işini şəffaf quran, vergi öhdəliklərini vaxtında yerinə yetirən sahibkarlara şamil olunacaq.
– İşçi qrupları yaradılıb. Onların fəaliyyət istiqamətləri necə olacaq? Sənədlərin Nazirlər Kabinetinə təqdim olunması üçün nə qədər müddət verilib?
– İqtisadiyyat Nazirliyində mütəxəssislər təkliflərin hazırlanması istiqamətində işlər aparır. Müxtəlif iqtisadi fəaliyyət sahələrində çalışan sahibkarlarla görüşlər keçirilir. Təkliflər toplanır və təhlil olunur. Qısa müddət ərzində bu təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Nəticədə, hazırlanan təkliflər ümumi tədbirlər planı ilə təsdiq olunacaq və icrasına başlanılacaq.
Vurğulayım ki, Cənab Prezidentin Sərəncamı xarici iqtisadi şokla mübarizədə Azərbaycan hökumətinin növbəti qabaqlayıcı tədbiri, xarici şokun ölkə vətəndaşına təsirinin minimallaşdırılmasını təmin edəcək.
Təbii ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Dünyada baş verən istənilən mənfi tendensiya ölkə iqtisadiyyatından da yan keçmir. Həyata keçirilən tədbirlər xarici şoklara reaksiya verilməsində, konkret tədbirlərin görülməsində vacib rol oynayır.
Bunun üçün Azərbaycanda artıq xarici iqtisadi şokların ticarət və tədiyyə balansına təsiri araşdırılıb və müxtəlif proqnoz ssenarilər hazırlanıb. Zərurət olduqca sabitləşdirici paket reallaşdırılacaq.
– İlkin araşdırmalarda bu təsirlərin hansı sahələrdə daha çox olduğunu müəyyənləşdilib?
– Koronavirus pandemiyasının ilkin olaraq ticarət, iaşə obyektləri, turizm və nəqliyyat sahələrinə təsiri gözlənilir. Digər sahələrə də təsiri ilə bağlı araşdırmalar davam etdirilir. Hazırda kifayət qədər geniş şəkildə təhlil aparılır.
Təsir ehtimalı olan sahələr üzrə güzəştlərin edilməsi istisna deyil. Vergi ödənişləri və kredit şərtlərinin yumşadılması ola bilər. Bu məsələlər hazırda müzakirə predmetidir və bu istiqamətdə iş gedir. Qısa müddət ərzində tədbirlər planı çərçivəsində öz həllini tapacaq.
– Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitlər hansı sahəyə yönəldiləcək? Yalnız tibb, yoxsa?
– Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq iyirmi milyon manat ayrılıb. Bu prosesə artıq özəl sektor da qoşulub və maliyyə dəstəyi göstərir.
Sərəncamda qeyd edilib ki, bu, səhiyyə sahəsində görülən işlərə dəstəkdir. Eyni zamanda, bu sahəyə cəlb olunmuş səhiyyə işçilərinin mükafatlandırılması məsələləri diqqətdə saxlanılıb. Sərəncamla ayrılan vəsait də bütövlükdə bu virusla mübarizə və pandemiyanın təsirlərinin minimuma endirilməsi məqsədi daşıyır.
– Bir neçə gün əvvəl sosial şəbəkələrdə marketlərdə məhsulların tükənməsi ilə bağlı kütləvi paylaşımlar yer aldı. Əhali arasında panika yarandı...
– Hökumətin həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün zəmin yaradıb. Bu gün kifayət qədər özünü təminetmə səviyyəsi yüksək olan məhsullarımız istehsal olunur.
İxrac potensialımız da formalaşıb. Bu gün biz "Made in Azerbaijan” brendi ilə xaricə kənd təsərrüfatı, sənaye, İKT və s. məhsullar ixrac edirik.
Bəzi psixoloji amillərin nəticəsidir ki, vətəndaşlarımız marketlərdən müəyyən qədər artıq məhsul tədarük edirdilər. Bu proses səngidi. Çünki vətəndaşlar gördülər ki, marketlərdə, onların anbarlarında kifayət qədər ərzaq var. Anbarlar monitorinq olunur. İstehsal da, idxal da var. Tam əminliklə deyə bilərik ki, bu barədə panikaya düşmək üçün heç bir əsas yoxdur.
– Sahib müəllim, bəs valyuta ehtiyatımız barədə nə deyərdiniz?
– Bu gün bizim kifayət qədər strateji valyuta ehtiyatlarımız var. Bu, qlobal və regional risklərin ölkə iqtisadiyyatına neqativ təsirlərini neytrallaşdırmaq imkanı yaradır. Eyni zamanda, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması üçün zəmin yaradır.
Strateji valyuta ehtiyatlarımız dövriyyədə olan manat kütləsinin həcmindən beş dəfə, nağd manat kütləsinin həcmindən isə doqquz dəfə çoxdur. Bu, o deməkdir ki, valyuta bazarının tarazlığının təmin olunması, makroiqtisadi sabitliyin qorunması üçün fundamental şərtlərdəndir.
Ölkəmizin iqtisadiyyatı dünyada baş verən xarici şoklara qarşı maliyyə immunitetinə, təhlükəsizlik "yastığına” malikdir. Bu, həyata keçirilən islahatlar nəticəsində formalaşmış potensialdır.
– Sosial şəbəkə istifadəçiləri və bəzi iqtisadi ekspertlər pandemiya fonunda ölkə iqtisadiyyatında geriləmələr barədə narahatlıqlarını ifadə edirlər. Sizcə, buna əsas varmı?
– Bu proses daxildə həyata keçirilən sosial-iqtisadi proseslə bağlı deyil. Qeyri-peşəkarların yaydığı dezinformasiyalardır.
Bəli, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Deyə bilmərik ki, bunun bizim iqtisadiyyata təsiri olmayacaq. Hazırda Azərbaycan iqtisadiyyatına təsiri ehtimal olunan iki amil var: biri pandemiyanın neqativ təsirləri, digəri neftin qiymətinin ucuzlaşmasıdır.
Hazırda bu təsirləri minimallaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Əksər ölkələrlə müqayisədə, Azərbaycan bu virusun yayılmasının qarşısını almaq üçün ilk günlərdən daha ciddi reaksiya verdi. Çevik qərarlar qəbul olundu ki, ehtimal olunan itkilər minumuma ensin.
Risklərin iqtisadiyyata təsirinin minimallaşdırılması üçün tədbirlər davam etdirilir. Cənab Prezidentin son tarixi Sərəncamı iqtisadi fəallığının artması istiqamətində atılan çox mühüm addımdır.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Prezidentdən sahibkarlara XƏBƏRDARLIQ: Kimsə vəzifədə olan dostlara arxalanırsa... 20:29Müxtəlif dövlət qurumları mənə fərqli rəqəmlər təqdim edib - İlham Əliyev 20:25Azərbaycanda koronavirusla bağlı əhalini təşvişə salan şəxs psixiatriya xəstəxanasına yerləşdirildi - RƏSMİ 20:21Azərbaycanda inanılmaz hadisə - Evdən 1,2 milyon pul apardılar 20:16“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir 20:10Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ 20:00Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... 19:56Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər - Nazirdən AÇIQLAMA 19:50Deputat karantində olan azərbaycanlılara dəstək olan fermerə təşəkkür etdi 19:45Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir 19:38İqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etdi 19:52Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək 14:0065 yaş qadağası deputatlara şamil ediləcək? - QANUN 13:59Azərbaycanda bu obyektlərin FƏALİYYƏTİ DAYANDIRILDI - SİYAHI 13:56İtaliyadan DƏHŞƏTLİ XƏBƏR – 6 mindən çox həkim... 13:54ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək 13:52Fermerlərin məhsullarını daşımalarında problem yoxdur - AÇIQLAMA 13:50Uşaqlar üçün dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin - Valideynlər üçün tövsiyə 13:49Səudiyyə Ərəbistanında tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib 13:49Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər 13:49Dövlət Komitəsi Bərdədə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb 13:48Millət vəkili Eldar Quliyev Azərbaycan Respublikası Prezidentinin çağırışına dəstək olaraq Bilgəh və Maştağa qəsəbələrində yaşayan tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşmək məqsədiylə 12 ailəyə baş çəkib 00:20"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb 13:09