18 mar 21:51iqtisadiyyat

Prezident İlham Əliyev dəmir yolunun açılışında

Prezident İlham Əliyev dəmir yolunun açılışında Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşdü.
Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.
Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəldi.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.
Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.
Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşdü.
Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.
Dövlətimizin başçısı Novxanı dayanacağına gəldi.
Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.
Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.
Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.
Dövlətimizin başçısı burada dəmiryolçularla görüşdü.
Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edənPrezident İlham Əliyevdedi:
-Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.
Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.
Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.
Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.
Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.
Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə "Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.
Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.
Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.
x x x
Cavid Qurbanov:Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Prezidentdən sahibkarlara XƏBƏRDARLIQ: Kimsə vəzifədə olan dostlara arxalanırsa... 20:29Müxtəlif dövlət qurumları mənə fərqli rəqəmlər təqdim edib - İlham Əliyev 20:25Azərbaycanda koronavirusla bağlı əhalini təşvişə salan şəxs psixiatriya xəstəxanasına yerləşdirildi - RƏSMİ 20:21Azərbaycanda inanılmaz hadisə - Evdən 1,2 milyon pul apardılar 20:16“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir 20:10Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ 20:00Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... 19:56Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər - Nazirdən AÇIQLAMA 19:50Deputat karantində olan azərbaycanlılara dəstək olan fermerə təşəkkür etdi 19:45Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir 19:38İqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etdi 19:52Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək 14:0065 yaş qadağası deputatlara şamil ediləcək? - QANUN 13:59Azərbaycanda bu obyektlərin FƏALİYYƏTİ DAYANDIRILDI - SİYAHI 13:56İtaliyadan DƏHŞƏTLİ XƏBƏR – 6 mindən çox həkim... 13:54ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək 13:52Fermerlərin məhsullarını daşımalarında problem yoxdur - AÇIQLAMA 13:50Uşaqlar üçün dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin - Valideynlər üçün tövsiyə 13:49Səudiyyə Ərəbistanında tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib 13:49Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər 13:49Dövlət Komitəsi Bərdədə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb 13:48Millət vəkili Eldar Quliyev Azərbaycan Respublikası Prezidentinin çağırışına dəstək olaraq Bilgəh və Maştağa qəsəbələrində yaşayan tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşmək məqsədiylə 12 ailəyə baş çəkib 00:20"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb 13:09