03 sen 14:18iqtisadiyyat, gundem

Dollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİ

Dollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİ ABŞ dollarının dominant olduğu qlobal ticarət sisteminə qarşı bir çox ölkə qızıl indeksli kripto-valyuta çıxarmaq kimi alternativ axtarışlar aparır. Dollara qarşı yaradılacaq yeni bir ortaq valyutanın qızıla indeksli olması bir çox ölkə tərəfindən qəbul edilir.
Qızıl rəqəmsal kürənin ən yaxşı və yeni varlığı kimi qəbul edilməyə başlanıb. Çünki qızıl insan oğlunun tapa biləcəyi ən qədim sərmayə məhsuludur. Yaxın Şərq və Afrikadan Asiya və Cənubi Amerikaya qədər bütün mədəniyyətlərdə yayılıb və bütün valyutalardan daha uzun ömrə sahibdir. Bu ilin əvvəllərində Birləşmiş Millətlər Sərmayə İnkişafı Dondu (UNCDF) tərəfindən aparılan araşdırmaya görə, qızıl kütlə bazarının həqiqətən istədiyi 3 məhsuldan biridir.
Valyuta bir ölkənin geosiyasi gücünə bərabər siyasi nizamı əks etdirən maliyyə vahididir. Pul tarixində aparılan araşdırmalar valyutanın geosiyasi baxımdan güclü şəkildə təsir gördüyünü ortaya qoyub. Qızıl dünyada yeganə super-dominant valyuta vahididir. Qızıl standartının geniş şəkildə istifadə olunduğu dövrlərdə birjalardakı valyuta vahidləri qızıl valyuta sisteminə qarşı qorunub.
Qızıldan sonra geo-valyuta dövrü
1870-ci ildən 1930-cu ilə qədər tətbiq olunan qızıl valyutası milli valyuta vahidlərinin dəyərlərini müəyyən edib. Bu gün ABŞ dollarının bu qədər güclü olmasının səbəbi dünyanın ehtiyat valyuta vahidi olaraq istifadə edilməsidir. Dollar 1973-cü ildə ABŞ prezidenti Riçard Riksonun qızıl standartını tərk etməsilə ehtiyat valyutaya çevrilib. Qlobal valyuta kimi dollar sərhəddənkənar işlərin yarısında istifadə edilməyə başlandı. Bu vəziyyət mərkəzi bankaların aparılan proseslərin qarşılığını ödəmək üçün dolları ehtiyatda saxlamasını çətinləşdirdi. Nəticə olaraq, bu valyuta ehtiyatlarının 61%-i dollardır. Beləliklə, dünya, eyni zamanda, dollar dövrü kimi tanınan geo-valyuta çağına addım atdı.
İllərlə müxtəlif dünya gücləri ABŞ valyutasının dünya ehtiyat valyutası kimi dəyişdirilməsini müzakirə edib. BRICS ölkələri ABŞ dolları ilə rəqabət etmək üçün ortaq valyuta vahidi çıxarmağı müzakirə edir və ABŞ mərkəzli SWIFT bank həvalə sistemi üçün alternativ axtarışına girib.
ABŞ dollarının dünya ticarətində bu şöhrətə sahib olması son illərdə Çin və Rusiya kimi iqtisadiyyatları böyüməkdə olan ölkələri də alternativ axtarışına çıxardı. Bu ölkələr 2017-ci ildə Moskvada RMB Mübadilə Bankını açaraq "de-dollarlaşma” adlı addımları atdı. Ölkələr əməliyyatların çoxunu qızılla aparmağı hədəfləyir. Bu, təqdirəlayiq durumdur. Çünki həm Rusiya, həm də Çin qızıl ehtiyatlarını digər ölkələrə nisbətən daha sürətli şəkildə toplamaqdadır. Əlavə olaraq, BRICS ölkələrinin də qızıl istehsalçısı olduğunu unudulmamalıdır.
Bu ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin Rusiya və Çinin ticarətdə milli valyuta sistemindən istifadəni inkişaf etdirmək niyyətində olduğunu açıqlaması xeyli diqqət çəkdi. Digər tərəfdən, son dövrlərdə Donald Trampın Çinə tətbiq etdiyi əlavə vergi ticarət müharibəsinin dozasını artırdı.
İngiltərə çoxqütblü valyutanı dəstəkləyir
İngiltərə Mərkəzi Bankının sədri Mark Karni dollara qarşı yeni valyuta sisteminin yaradılmasını irəli sürüb. Çoxqütblü dünyada çoxqütblü valyuta sisteminə ehtiyac olduğunu vurğulayan Karni yeni kripto-valyutanın bəzi ölkələrin sıfır, ya da neqativ faiz nisbətlərinə keçdiyi sistemə balans gətirəcəyini və bununla birlikdə ABŞ ilə digər ölkələrin pozitivdə qalacağını dilə gətirib.
Bəs dollar qarşı qızıl indeksli kripto-valyuta ola bilərmi?
Qızıl indeksli kripto-valyuta üçün təməl qavrayış asanlıqla anlaşılır. Qızıl indeksli şifrələmə valyuta vahidi qızıl tərəfindən dəstəklənir. Rəqəmsal valyutanın etibarlılığını və güvənini artırmağı hədəfləyən maddi varlıq qızıldır. Bir şirkət qızılın bəlli dəyərini təmsil edən bir jeton və ya dəmir pul satar. Hər jeton üçüncü bir tərəfə görə depolanan qızıl vahidini təmsil edər. Ən böyük üstünlük jetonun qiyməti mövcud qızıl nisbətindən aşağı olmyacağından kripto-valyuta elastikliyinin azaldılmasında yatır.
Xüsusilə, son illərdə valyutaların ticarət müharibələrinin kölgəsində daha çox müzakirəyə çıxarıldığını bildirən Albaraka Türk Bankının baş iqtisadçısı Ömər Emeç ortaq valyuta üçün zehinlərin və tarixin yalnız qızılı örnək göstərdiyini, lakin yeni ortaq valyutanın gələcəyini texnologiyada axtarmağın lazım olduğunu qeyd edir.
Rusiya və Çin dollara qarşı hərəkətə keçir
Rusiya və Çinin öncüllüyündə olan ölkələr qızıl standartına geri qayıtmağı planlaşdırır və kripto-valyutanın ABŞ dollarından asılılığını azaltmaq vasitəsi kimi görür.
Mütəxəssislər Rusiyanın qızıl ehtiyatını sürətli şəkildə artırmağa davam etməsi və beynəlxalq təyinatlar üçün qızıl indeksli kripto-valyutanı dövriyyəyə buraxacağı təqdirdə ABŞ dollarından asılılığın azalacağını ehtimal edir. Rusiya ötən il dünyadakı ən böyük qızıl alıcısı olub və son 10 ildə qızıl ehtiyatını 400% artırıb. Digər tərəfdən, Rusiya Mərkəzi Bankının digər ölkələrlə sərhəddənkənar ödənişlər üçün istifadə edilə biləcək qızıl qiymətinə bağlı kripto-valyuta üzərində işlədiyi üzə çıxıb.
Ötən il Rusiya və Çin tərəfindən aparılan qızıl alışları ortaq kripto-valyuta yaratmaq hazırlığı istiqamətində atılmış addım kimi şərh olundu. ABŞ-ın ticarət sanksiyalarının tətbiq edilməsindən sonra Çin satın alınan qızıl miqdarını kəskin şəkildə artırmağa başladı. Çin Mərkəzi Bankının da Rusiya ilə parallel şəkildə öz kripto-vlayutasını qurmaq üçün araşdırmalar apardığı öyrənildi. Çin 2019-cu ilin əvvəllərində ölkədəki bütün kripto-valyutaları qadağan etdi. Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı Çini də hərəkətə keçirdi.
"Forbes” jurnalının hesabatına görə, Çinin valyuta vahidi olan yuanı transfer edilə biləcək yeni kripto-valyuta kimi çıxarmağı planlaşdırır. Rəqəmsal valyuta / Elektron Ödənişlər adlandırılan valyuta Çinin ən böyük şirkətləri tərəfindən paylanacaq: Alibaba, Tencent, Çin İnşaat Bankı, Çin Sənaye və Ticarət Bankı, Çin Bankı, Çin Təsərrüfat Bankı və Union Pay.
İran da öz kripto-valyutasını çıxarır
ABŞ-ın böyük sanksiyalar tətbiq etdiyi İran ölkədəki bütün kriptoları qadağan edib. Bir müddət sonra İranın qızıl indeksli valyuta hazırlığında olduğu ortaya çıxdı. Yaxın zamanda İran Mərkəzi Bankı tərəfindən verilən açıqlamaya görə, milli bir kripto-valyuta İran banklarının dondurulan qaynaqlarının yenidən istifadəsini təmin edəcək.
Müsəlman ölkələrində qadağan olunan kripto-valyuta ehtiyatı üçün qızıl indeksli kripto-valyutanın alternativi kimi ortaya çıxması Malayziyada böyük maraqla qarşılandı. Sərmayə qoymaq istəyənlərə xüsusi kassalarda kripto-valyuta qarşılığında fiziki qızıl saxlamaq şərti qoyulub./Publika.az
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Marsda heykələ dönmüş qadın tapıldı 17:03Sezen Aksudan sevənlərinə PİS XƏBƏR 16:55Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18:29Mehriban Əliyevanın sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova 18:26Cavid Qurbanov: BTQ region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir 18:24“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur” 18:13Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq 10:44Məhkum oğluna narkotik gətirən ata tutulub 10:39Sosial evlərdən kimlər “ev kolleksiyası” yaradır? 10:35Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək 10:28"Bu ölkə yox olacaq..." — Gerçəkləşməyə başlayan Vanqanın proqnozları 10:19Bakıda qaşlarını tatu etdirən qadının başına iş gəldi - 700 manat versə də... 16:09Azərbaycanda məktəblinin ölümünə səbəb olan şəxs tutuldu 16:04AMEA-nın iki institutuna direktor seçilib 16:00Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib 15:56Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ 15:43“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 15:39Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib 15:38Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib 15:32Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ 15:27Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik 15:22Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər 15:17Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45