27 may 12:07iqtisadiyyat

Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib Müasir dövrdə dünyada və Azərbaycan Respublikasında tüğyan edən təbii fəlakətlər və texnogen qəzalar zamanı əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə olduğundan, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Yevlax dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, bununla əlaqədar olaraq, Yevlax dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri iştirak ediblər.
Yevlax dəmir yolu qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qovşaq rəhbəri məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşüb və aşıb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, stansiyanın xidməti binalarının bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.
Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri mülki müdafiə rəhbərinə məruzə ediblər. Müvəqqəti rabitə bərpa edilib.Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar ərazidən kənarlaşdırılıb, xilasetmə qrupu əraziyə daxil olub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılılıb.
Sonra bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıb. Bərpa işləri başa çatandan sonra ağırlaşdırıcı hal kimi sərnişin qatarında yanğının başlaması barədə şərti məlumat daxil olub. Xilasetmə manqaları dərhal sərnişinləri vaqondan təhlükəsiz əraziyə təxliyyə edib və yaralıları tibb məntəqəsinə çatdırıblar. Hər bir manqa komandiri mülki müdafiə rəhbərinə məruzə edib. Təlimdən sonra keçirilən müşavirədə Fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttiş İsa Xudiyev çıxış edərək stansiyada mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilibYevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilibYevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilibYevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb 15:11Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları” QSC-dən ayrıldı 00:04Nəsib Məhəməliyev : Mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur 18:27Çindən Azərbaycana daha bir blok qatarı çatır 22:03ABŞ-la ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub 21:58Azərbaycan karbamidinin konteynerlərdə ilk partiyası BTQ üzrə Türkiyəyə uğurla göndərilib 21:41Səmimi və qayğıkeş insanlar... 21:22Millət vəkili Cavid Osmanov: “Azərbaycana ləkə gətirmək istəyən Orduxan, Sevinc Osmanqızı və Qənimət Zahid kimi satqınları xalqımız pisləyir" 20:31İxtisara düşdü, iş yerini partlatmaq istədi - Qumbara ilə 14:48Bakıda gölü çirkləndirən Biləsuvar sakininə protokol yazıldı 14:43Müəllimlərin işə qəbulu üzrə imtahanların TARİXLƏRİ açıqlandı 14:36Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanılıb 14:28Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahıda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər 14:23Baş nazirin müavini: Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir 14:18“Nəsimi ili” nin izi ilə 15:07Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı 11:58Hindistanda yol qəzasında 24 nəfər həlak olub 11:21Suriyada hava hücumu nəticəsində dörd nəfər həlak olub 11:13Bu gündən Bakı Metropoliteni yay qrafikinə keçir 11:07İyulda 42 dərəcə isti olacaq - AYLIQ PROQNOZ 11:02Bu gündən qabiliyyət imtahanları başlayır 10:34Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur 10:26Novruz Aslan: İstedadlı bəstəkar, fəal ictimai-siyasi xadim 00:45Sumqayıtda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü 12:11Salyanda yanacaqdoldurma məntəqəsində ölüm 12:06Tuncəlidə 8 PKK terrorçusu zərərsizləşdirilib 12:02Azərbaycan Turizm Bürosu: İran və Rusiya tərəfdən böyük təşəbbüslər var və mütləq şəkildə onlardan istifadə etməliyik 11:57Magistraturaya qəbul olunan bakalavrların nəzərinə! 11:55Deputatlar bu gün toplaşır - Növbədənkənar iclas 10:27Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb 11:16Binəqədidə 6 otaqlı ev yanıb 11:13Meksikada silahlılar özünümüdafiə qüvvələrinə hücum edib, ölənlər var 11:11Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb 10:59DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb 13:13Qonşu ölkədən meyvə ixracı azalır 11:59Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ 11:50Sumqayıtda üçmərtəbəli ticarət mərkəzi yanıb 10:48İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək 10:47Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var 10:44İndoneziya adaları yaxınlığında güclü zəlzələ olub 10:43Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır 10:38Millət vəkili: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir 10:35DİQQƏT: Sabah bu ərazilərdə 40 dərəcə isti olacaq 13:58Prezidentdən dövlət qulluqçularına mühüm mesaj 13:51Deputat: Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır 19:05Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var 18:53Xəzərdə motorlu qayıq dənizdə üzən kişini vurub öldürdü 18:48PA: Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir 18:37Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb 18:25Elnur Əbülfəzoğlu 17:17“Dərzi Mehman” yolunuzu gözləyir! 17:11Milli Məclis daha bir növbədənkənar iclasını keçirdi 16:23Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındı 16:11Eldar Quliyev təltif olundu 13:18Nazirlik Suraxanıda bələdiyyə sədrini 2500 manat cərimələdi - SƏBƏB 10:51"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı 10:48Birinci vitse-prezident Mehriban Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub 10:46Deputat: Azərbaycan uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir 10:43Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: Məni şəriklərim aldadıb 10:41Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF 10:38Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir? 10:35Boris Conson və Ceremi Hant baş nazir postu uğrunda mübarizə aparacaq 10:33Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirildi 10:27Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR 10:25Seyyad Əlizadə və Ayşən Mehdiyeva - Şığıdın düşmən üstünə 16:27