Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqasında 1/4 finala adlayan daha 2 komanda müəyyənləşib

    Çempionlar Liqasında 1/4 finala adlayan daha 2 komanda müəyyənləşib UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçirilib.
    Cavab qarşılaşmasında "Roma” və "Sevilya” komandaları dörddəbir finala vəsiqə qazanıblar. İlk oyunda "Şaxtyor”a səfərdə 2:1 hesabı ilə məğlub olan "Roma” doğma meydanda minimal hesabla qələbə qazanıb - 1:0. Ümumi hesab 2:2 olsa da, səfərdə vurulan 1 qolun nəticəsinə əsasən italyanlar növbəti mərhələyə keçiblər.
    "Mançester Yunayted” isə "Sevilya” səddini keçə bilməyib - 1:2 (0:0). "Qırmızı şeytanlar” doğma meydanda gözlənilmədən məğlubiyyətə uğrayıblar - 1:2.
    Xatırladaq ki, "Beşiktaş” - "Bavariya”, "Barselona” – "Çelsi” oyunlarından sonra səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ