Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında eyni qrupa düşüb

    Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında eyni qrupa düşüb Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.
    "Report” Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.
    C divizionunda yer alan U-16 millisiAvstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.
    B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avuqstda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.
    B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 - 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ