Sizin reklam burada
Sizin reklam burada
  • “Zərif güclülər” - gənc qızların 1-ci idman turniri

    “Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri Müasir dövrdə sağlam gələcəyimizin təminatçısı olan qızların idmana cəlb olunması da əsas fəaliyyətlərimiz sırasında, həm də öndə durmalıdır. Çünki, gələcək vətəndaşların tərbiyəsi, əqli inkişafı, vətənpərvərliyi, davranışı qadından asılıdır. Bu vəzifələri həyata keçirmək üçün qadın fiziki, ruhi cəhətdən sağlam olmalıdır. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda gənc qızlar arasında “Zərif güclülər” - gənc qızların 1-ci idman turniri keçirildi. Layihənin məqsədi gənc qızların kütləvi idmana, bədən tərbiyəsinə cəlb edilməsindən, və onların sağlam həyat tərzinə adaptasiya olunmasına dəstək olmaqdan ibarətdir.
    Turnirdə qızlardan ibarət komandalar qarşılaşdılar. Turnirdə valeybol , basketbol, futbol, yüngül atletikanın kross qaçışı növü üzrə idman yarışları keçirildi. Həmçinin layihə çərçivəsində təlimlər keçirildi . Təlim gənc qızlara onlar üçün fiziki tərbiyənin, idmanın vacibliyini vurğulayaraq sağlam həyat tərzinə adaptasiya olunmalarına dəstək oldu. Təlimdə gənc yeniyetmə qızlara idmanın onlar üçün nə qədər vacib olması sağlam həyat tərzinə adaptasiya olunmaları barədə ətraflı məlumat verildi . Bu layihə xüsusən də regionda yaşayan gənc yeniyetmə qızlar üçün çox vacib bir addım oldu. Çünki onlar idamanı sağlamlıq mənbəyi kimi yox qürur, utancaqlıq vasitəsi kimi görürlər. Onların yaşadığı mühüti dəyişmək üçün ciddi addımlar atmaq lazımdır. Layihə xüsusi ilə gənc qızların və ümumtəhsil müəssisələrində qızların bədən tərbiyəsinə laqeyid münasibətinin dəyişdirilməsini və bu sahədə aktivliyə dəstək verilməsini nəzərdə tutur. Layihənin sonunda qalib komandalara sertifikatlar verildi.
    ***
    Müasir dövrdə sağlam gələcəyimizin təminatçısı olan qızların idmana cəlb olunması da əsas fəaliyyətlərimiz sırasında, həm də öndə durmalıdır. Çünki, gələcək vətəndaşların tərbiyəsi, əqli inkişafı, vətənpərvərliyi, davranışı qadından asılıdır. Bu vəzifələri həyata keçirmək üçün qadın fiziki, ruhi cəhətdən sağlam olmalıdır. Təsadüfi deyildir ki, ekspertlər son zamanlar dünyaya gələn körpələrin bir qisminin qeyri-normal inkişafla müşayiət olunmasının səbəblərini əsasən qəbul etdiyimiz qidaların ekoloji natəmizliyi və qızların, qadınların müntəzəm idmanla məşğul olmamasının nəticəsi kimi dəyərləndirirlər. Həmçinin artıq çəki, piylənmə kimi problemlərinin getdikcə artdığı müasir dövrümüzdə qadın və qızların bu fəsadlardan, komplekslərdən azad olmasının, sağlam, gözəl fiquraya sahib olmanın yeganə düzgün yolu fiziki hərəkətdir. Lakin əldə edilən statistik məlumatlara əsasən bədən tərbiyəsi və idmanla məşğulluq ölkədə qənaətbəxş deyildir qızlar və qadınlar arasında isə xüsusən bu göstərici daha da aşağı (14.5%) vəziyyətdədir. Baxmayaraq ki, artıq ölkədə Olimpiya İdman Kompleksləri istifadəyə verilib və bu istiqamətdə işlər davam edir, lakin heç də yaradılmış şəraitdən yetərincə faydalanmırıq. İdmanın kütləviliyinə nail olmağın əsası da bu sahədə təbliğat işinin gücləndirilməsidir ki, onun da bünövrəsi ailədən, məktəbəqədər tərbiyə və ümumtəhsil müəssisələrdə qoyulur. Təəssüf ki, uşaq bağçalarında, orta məktəblərdə fiziki tərbiyə fənninə lazımi diqqət yetirilmir, dərslərin keçirilməsi səviyyəsi və metodları müasir tələblərə cavab vermir, bəzi hallarda isə bədən tərbiyə dərslərini digər ixtisas müəllimləri tədris edir. Bədən tərbiyəsi üzrə qadın müəllimlərin həddən artıq azlığı isə qızların məşğələlərdən yetərincə faydalanmamasına şərait yaradır. Eyni zamanda apardığımız şifahi rəy sorğusuna əsasən aydın olur ki, valideyinlərin də əksəriyyəti övladlarının idman və bədən tərbiyəsi ilə məşğulluğunu vacib saymır və bəzən buna daha dözülməz mövqe nümayiş etdirərək qızları çox erkən yaşlarında nikaha sövq edərək onları təhsildən idmandan, bədən tərbiyəsindən beləliklə də aktiv ictimai həyatdan tamamilə uzaqlaşdırırlar. Eyni zamanda məlumdur ki, yaxın illərdə dövlətimiz artıq çox böyük beynəlxalq idman yarışlarına, oyunlarına ev sahibliyi edir, o zaman bizim bu istiqamətdə görəcəyimiz işlərin nə dərəcədə mühüm, təxirəsalınmaz olması hər birimizi düşündürməlidir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf konsepsiyasında isə idman və bədən tərbiyəsi ilə məşğul olan qadın və qızların 2020-ci ildə ölkə üzrə ümumi göstəricinin 20-25%-ə çatdırılması qarşıya məqsəd qoyulur. Qızların idmanla kütləvi məşğulluğu həm tibbi, həm də mənəvi sağlamlıqla yanaşı yüzlərlə, hətta, gələcəkdə minlərlə gənc qızın aktiv ictimai həyata vəsiqə almasına, zərərli vərdişlərdən uzaqlaşmasına da şərait yaradacaqdır.

    “Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri“Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri“Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri“Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri“Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri“Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri“Zərif  güclülər” - gənc qızların 1-ci  idman turniri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ