Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətiləgörüş keçirilib

Milli Məclisdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü  münasibətiləgörüş keçirilib Martın 4-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev5 mart - Bədən Tərbiyəsi və İdmanGünü münasibətilə Vətən müharibəsində iştirak etmişbir qrup idmançı və məşqçilərləgörüş keçirib.
Söhbət zamanı vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi şücaətdən danışıb, qüdrətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Qeyd edib ki, Qələbədən sonra əsas prioritetlər işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi vəərazilərimizin bərpa olunmasıdır. Ölkə başçısının bir neçə gün bundan əvvəl keçirdiyi 4 saatlıq möhtəşəm mətbuat konfransında toxunduğu məsələləri qeyd edən vitse-spiker həmin tədbirin əhəmiyyətindən danışıb.
Sonra görüşdə5 mart - Bədən Tərbiyəsi və İdman Günü barədə söhbət açılıb.Adil Əliyev idmanın ölkəmizdə daim diqqət mərkəzində olması, bu sahənin inkişafetdirilməsiüçün dövlətimizin həyata keçirdiyi tədbirlər, ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsibarədə fikirlərini bölüşüb. Yarışlarda yüksək nəticə göstərən idmançıların daim ölkə başçısı tərəfindən qəbul edilməsinə və mükafatlandırılmasına diqqət çəkən vitse-spiker bunun ölkə başçısının idmana diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
Fikir mübadiləsi zamanı gənc nəslin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasında və onların zərərli vərdişlərdən uzaq olmasında rolubarədə danışılıb.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçısı olmuş idmançılara, məşqçi müəllimlərə və idman sahəsində fəaliyyət göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri Fərmanı” təqdim edilib.
Milli Məclisdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü  münasibətiləgörüş keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ