Sizin reklam burada
Sizin reklam burada

Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır

Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır.
Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək Avro-2020 iyunun 11-də start götürəcək.
Bakı Olimpiya Stadionu çempionatın 4 matçına ev sahibliyi edəcək. Bakıda qrup mərhələsinin A qrupunun 3 matçı və 1 dörddəbir finalı keçiriləcək.
Futbol həvəskarları Bakıda iyunun 12-də Uels-İsveçrə, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də İsveçrə-Türkiyə matçlarını izləyəcək. İyulun 3-də dörddəbir final matçı keçiriləcək.
Qeyd edək ki, ötən il baş tutmalı olan Avropa çempionatın koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Turnir iyunun 11-dən iyulun 11-dək Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Dublin, Kopenhagen, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq şəhərlərində keçiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ