Sizin reklam burada
Sizin reklam burada

Qətərin paytaxtında cüdo üzrə “World Masters” yekun turniri start götürür

Qətərin paytaxtında cüdo üzrə “World Masters” yekun turniri start götürür Bu gün Qətərin paytaxtı Dohada “World Masters” turniri start götürəcək.
Yarışlarda Azərbaycan cüdoçuları da iştirak edir.
“Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov və Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayır.
Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparır.
Ötən illərdə turnir Suvon (Koreya/2010), Bakı (2011), Almatı (Qazaxstan/2012), Tümen (Rusiya/2013), Rabat (Mərakeəş/2015), Qvadalaxara (Meksika/2016), Sankt-Peterburq (Rusiya/2017), Quandçjou və Tsindao (Çin/2018/2019) şəhərlərində keçirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ