Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək"

    Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək" Dünən deputat həmkarım Şahin Seyidzadənin dəvəti ilə Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyanın 17 nəfərdən ibarət milli komandasının Avropa Amputant Futbol Kubokunun final mərhələsində iştirak etmək üçün 4 günlük Polşa Respublikasına səfəri ərəfəsində məşq toplantısında iştirak etdik, komanda üzvləri, Federasiya rəhbərliyi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə görüşüb söhbət etdik.
    Görüşdə deputat həmkarlarım Şahin Seyidzadə, Vuqar Iskəndərovla bərabər çıxış edib uğurlar arzuladıq.
    Dağlıq Qarabağ müharibəsində sağlamlıqlarını qismən itirmiş şəxslərdən ibarət bu komandamız cəmiyyətə gözəl pozitiv mesaj verir, həm də dünya ictimaiyyətinə Qarabağ mesajı göndərir. İnşallah, qələbə ilə dönmələrini arzulayırıq.
    Avropada keçiriləcək yarışda iştirak üçün dəstək Heydər Əliyev Fondu tərəfindən göstərilir və mən bunu dəyərləndirirəm. Ümid edirəm ki, bütün ölkə boyu qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi, sağlamlıqlarını torpaqlarımız uğrunda qurban verən bu şəxslərin həyatlarına və məişətinə yenilik, maraq və rəngarənglik gətirmək üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcəklər.
    Federasiya prezidenti Rövşən Quliyevlə də vacib məsələləri az da olsa müzakirə etdik və yəqin ki, İmişlidə də Qarabağ döyüşçülərindən ibarət bir komandanın yaradılması üçün də işlər aparacağıq.
    Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək" Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək" Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək" Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək" Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ