Sizin reklam burada
Sizin reklam burada
  • Ronaldonun 500 qolu STATİSTİKAlarda

    Ronaldonun 500 qolu STATİSTİKAlarda “Real”ın superulduzu Kriştianu Ronaldo klub karyerasında 500-cü qoluna imza atıb.
    Portuqaliyalı futbolçu buna klublararası dünya çempionatının yarımfinalında “Amerika” ilə qarşılaşmada nail olub.
    Bəs, görəsən, futbolçu bu 500 qola necə çata bilib? Bu yazıda həmin toplarla bağlı maraqlı statistik məlumatlarla tanış olacaqsınız.
    - Ronaldo klub karyerasında 500 qoldan 377-ni “Real”ın forması altında vurub. Buna “kral klubu”nun heyətində keçirdiyi 366 görüşdə nail olan portuqaliyalı İspaniya nəhəngində orta hesabla hər matçda 1,03 qola imza atır.
    - Superulduz 377 qolla “Real” tarixinin ən məhsuldar futbolçusu ünvanına sahibdi.
    - CR7 həmçinin “Mançester Yunayted”də 118, “Sportinq”də isə 5 dəfə fərqlənib. Klub karyerasında 500 qol həddinə 683 oyunda çatan Ronaldo orta hesabla hər matçda 0,73 top vurub.
    - Futbolçu bu qollardan 270-nə La Liqada imza atıb. Çempionlar Liqasında isə aktivində 95 top var.
    - Ronaldonun karyerası ərzində ən çox cəzalandırdığı klub “Sevilya”dı. Əndəlusluların qapısına 22 dəfə yol tapan portuqaliyalı “Xetafe”yə 20, “Atletiko”ya isə 18 qol vurub.
    - Kriştianu 500 topun 17%-ni, yəni 85-ni penalti zərbəsi ilə qola çevirib. Cərimə zərbəsindən vurduğu qol sayı isə 44-dü.
    - Klub karyerasında ona ən çox məhsuldar ötürmə verən futbolçu Kərim Benzemadı. Fransalının 35 assisti qolla nəticələnib. Məsut Özil isə Ronaldonun 27 qolunun ötürməsini verib.
    - Ronaldo 109 qola oyunların 76-90-cı dəqiqələrində imza atıb. Ulduz futbolçunun ən az fərqləndiyi vaxt 1-15-ci dəqiqələr olub – 69 qol.
    - Portuqaliyalı “Real”ın heyətində son 6 mövsümün hamısında 50 qol səddini keçməyi bacarıb.
    - O, 500 qoldan 335-ni sağ, 85-ni sol ayaqla vurub. Rəqib qapıçılarını başla 78 dəfə məyus edibsə, 2 qolu da bədəninin digər hissələri ilə vurub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ