Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb

    Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb Azərbaycanın iki cüdoçusu Mərakeşdə bu gün start götürən gənclər arasında dünya birinciliyində fəxri kürsüyə yüksəlib.
    60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medal qazanıb.
    66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub və mundialda 3-cü yeri tutub.
    Qeyd edək ki, dünya birinciliyinə 81 ölkədən 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ