Sizin reklam burada
Sizin reklam burada
  • Qanunsuz ovla məşğul olanlar tutuldu - İmişlidə

    Qanunsuz ovla məşğul olanlar tutuldu - İmişlidə İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.
    Onlardan qanunsuz yolla ovlanmış çöl quşları və xeyli miqdarda sursat aşkar edilib.
    Daxili işlər Nazirliyi Baş ictimai təhlükəsizlik idarəsi və İmişli rayon poliş şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması məqsədi ilə İmişli rayonun çöl ərazilərində reydlər həyata keçirib. Reydlər zamanı müxtəlif yerlərdə qanunsuz ovla məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər silahlarını və ovladıqları quşları əraziyə ataraq qaçıb.
    Reyd zamanı iki nəfər brokonyer - İmişli rayon sakinləri, Sadıqov Qədim və Baxşəliyev Ülvi polis əməkdaşları tərəfindən saxlanlıb. Reyd zamanı iki ədəd qoşa lülə, bir ədəd beşaçılan, bir ədəd tək lüləli ov tüfəngləri polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülüb

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ