Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda borca görə axtarılan daha 24 nəfər saxlanıldı

Azərbaycanda borca görə axtarılan daha 24 nəfər saxlanıldı Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 22 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ