Sizin reklam burada
Sizin reklam burada

Tikə-tikə doğranan gəlinin qayınatası saxlanıldı - QISQANCLIQ ZƏMİNİNDƏ...

Tikə-tikə doğranan gəlinin qayınatası saxlanıldı - QISQANCLIQ ZƏMİNİNDƏ... Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
DİN mətbuat xidmətindən Lent.a-az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

***
Saat:11:01
Bakıda dünən amansızca qətl edilərək doğranıb zibil qutusuna atılan qadının kimliyi müəyyən olunub.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Məhərrəmova Banudur.
Qətlin isə qayınatası İdris Məhərrəmov tərəfindən, qısqanclıq zəminində törədildiyi bildirilir.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ