11 sen 12:49hadise

Neftçalanın sabiq icra başçısı və digər vəzifəli şəxslərin həbs müddəti uzadıldı

Neftçalanın sabiq icra başçısı və digər vəzifəli şəxslərin həbs müddəti uzadıldı Bu gün Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqdimatlar baxılıb və təqsirləndirilən şəxslərin hər birinin həbs müddəti 3 ay uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb 11:24Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır 11:16Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində 11:08Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva 11:00Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib 10:57Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur? 10:49XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib 10:43Burak Yılmaz "Lill"də qol hesabını açdı 10:38“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir” 22:13Epidemiya əleyhinə qaydaların pozulduğu mehmanxanaların SAYI 18:06Kafe və restoranlar yenidən bağlanır? - RƏSMİ CAVAB 18:04Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31