Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda ağır yol qəzası - XƏSARƏT ALAN VAR

    Bakıda ağır yol qəzası - XƏSARƏT ALAN VAR Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
    Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Pirallahı rayonunda "Mercedes” və "Nissan” markalı iki minik avtomobili toqquşub.
    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ